10 May 2021 18:11
1055
CƏMİYYƏT
A- A+

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən növbəti birgə ağacəkmə aksiyası keçirilib

 

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda birgə ağacəkmə aksiyası keçirilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiya paytaxtın Nərimanov rayonu, Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca ayrılmış ərazidə təşkil edilib. Hər iki qurumun rəhbərləri və əməkdaşları tərəfindən Eldar şamı, kiparis və digər ağaclar əkilib. Ağacəkmə aksiyasından əvvəl ərazi yararsız tullantılardan təmizlənib.

Zəngin təbii sərvətlərə və nadir təbiətə malik olan Azərbaycanda ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələləri hər zaman diqqət mərkəzində saxlanılıb. Təsadüfi deyil ki, məhz Ümummilli Liderimizin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qərarlar, qanunlar qəbul edilib və ekoloji durumun yaxşılaşdırılması prioritet məqsədlərdən biri kimi müəyyənləşdirilib.

Bu siyasətin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən də bu gün ölkəmizin ekoloji durumunun sağlamlaşdırılmasına xüsusi diqqət göstərilir və ölkəmizin yaşıllaşdırılması, həmçinin ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində sistemli şəkildə müxtəlif layihələr həyata keçirilir.

Ulu Öndərin doğum günü münasibətilə keçirilən bu iməcilik, küçə boyunca əkilən yeni ağac tingləri və ərazinin yaşıllaşdırılması paytaxt Bakıda ekoloji tarazlığın bərpası və şəhərin daha da gözəlləşdirilməsi istiqamətində görülən silsilə tədbirlərin davamıdır. Dövlət qurumlarının iştirakı ilə keçirilən bu növ tədbirlər Bakı şəhərində yaşıllıq sahələrinin genişləndirilməsinə, əlavə “yaşıl” istirahət məkanlarının yaradılmasına, sağlam ekoloji mühitin formalaşmasına və paytaxtın estetik görünüşünün daha da yaxşılaşmasına istiqamətlənir, eləcə də insanlar arasında təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verir və ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video