Dövlət rüsumu tutulmalı olan hərəkətlər sistemləşdirilir
İyunun 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, iclasda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərlə bağlı iki qanun layihəsinə baxılacaq.
Birinci oxunuşda təqdim olunan məsələ ilə bağlı bildirilib ki, bu qanun layihəsi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanına uyğun olaraq hazırlanıb. Həmin fərmanla ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə kompleks tədbirlər nəzərdə tutulub. Fərmanda göstərilən məsələlərin həlli məqsədilə “Dövlət rüsumu haqqında” qanuna bəzi dəyişikliklər təklif olunur.
Nəzərə çatdırılıb ki, qanunun məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri ilə bağlı 8-ci maddəsi yeni redaksiyada verilir. Dəyişikliyə əsasən dövlət rüsumu tutulmalı olan hərəkətlər sistemləşdirilir, həmçinin qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu diferensial qaydada müəyyən olunur və məbləğlərə yenidən baxılır. Bildirilib ki, nəzərdə tutulmuş dövlət rüsumlarının 50 faizi Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin, müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürüləcək və bu vəsait məhkəmə aparatlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, məhkəmənin maddi təminatının yaxşılaşdırılmasına yönəldiləcək.
Qeyd olunub ki, qanunun 9-cu maddəsində edilən düzəlişlər əsasında isə bir sıra azadolma halları ilə bağlı maddələr ləğv edilir. Belə ki, 9.1.14-cü maddəyə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilir.
Bildirilib ki, qanuna yeni maddə də əlavə edilir. Əlavəyə görə, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən olunur.
İclasda iştirak edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, bu gün məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar institusional dəyişiklikləri, özəl ekspertiza qurumlarının yaradılması, məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyətin yaxşılaşdırılması kimi məqamları əhatə edir. Qanun layihəsində nəzərdə tutulan dəyişikliklər bu sahədə olan vəziyyətin optimallaşdırılması ilə əlaqədardır. Qanunvericiliyin təkmilləşdirilməsində məqsəd həm də ədalət mühakiməsinin keyfiyyətinin, məhkəmə qərarlarından insanların məmnunluğunun artırılmasıdır.
Vəkillər Kollegiyasının nümayəndəsi Anar Qasımlı qanun layihəsi barədə fikirlərini açıqlayaraq deyib ki, sənəd eyni zamanda məhkəmələrə verilən əsassız şikayətlərin qarşısının alınmasına xidmət edəcək.
Çıxışlarda məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumu ilə bağlı dünya ölkələrinin təcrübəsindən bəzi nümunələr və statistik rəqəmlər diqqətə çatdırılıb.
Müzakirələr zamanı komitənin sədr müavini Əli Məsimli, üzvləri Vüqar Bayramov, Rüfət Quliyev qanun layihəsinə öz münasibətlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.
İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkənin məhkəmə-hüquq sisteminin hazırkı vəziyyəti, burada tətbiq olunan rüsumlar barədə danışıb. Vitse-spiker bu sahənin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.
Sonra “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə digər qanun layihəsinə baxılıb. Məlumat verilib ki, sənəd “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə” 2020-ci il 18 dekabr tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Qanuna təklif olunan dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır. Layihədə “xarici avtomaşınlar”, “xarici nəqliyyat vasitələri”, “xarici yük avtonəqliyyat vasitələri” ifadələrinin müvafiq olaraq “xarici dövlətlərdə qeydiyyatda olan avtomaşınlar”, “xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələri” ifadələri ilə əvəz olunması nəzərdə tutulur.
İclasın sonunda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İlhamə İSABALAYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!