07:26 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı təsdiq edilib

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:29 17.04.2021

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin  2021-ci il 15 aprel tarixli sərəncamı ilə “Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, tədbirlər planında  Azərbaycan Respublikasında dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması, Dövlət Statistika Komitəsi tərəfindən dövlət qulluqçuları haqqında statistik məlumatların dərc edilməsi, dövlət orqanlarında uzun illər səmərəli fəaliyyət göstərən dövlət qulluqçularının orden, medal və fəxri adlarla təltif edilməsi, dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi barədə təkliflərin hazırlanması kimi məsələlər əksini tapıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM