22 Oktyabr 2021 00:18
3669
Oxucu məktubları
A- A+

Dövlət mənə yenidən həyat verdi

 

Azərbaycan xalqı xoşbəxtdir ki, onun ildən-ilə bütün sahələr üzrə inkişaf edən belə bir qüdrətli dövləti, dünya liderləri arasında nüfuzu ilə seçilən, söz sahibi olan Prezidenti - Qarabağda Zəfər yazan Müzəffər Ali Baş Komandanı var! Prezident İlham Əliyev həm də xalqmıza ona görə əzizdir ki, o, Ulu Öndər Heydər Əliyevin siyasi varisi olaraq ata vəsiyyətini yerinə yetirən oğuldur.

Mən əslən şuşalıyam. Qarabağın zümrüd tacı olan Şüşamızın işğaldan azad edilməsi məni həm kövrəldib, həm də qürurumu artırıb. Gözdən I qrup əliləm, dövlətimizin diqqət və qayğıkeşliyi sayəsində uzun sürən xəstəlikdən xilas olduğum üçün “Zəfər yolu” ilə Şuşanı, tarixi ata-baba yurdumu ziyarət edəcəyimə (xatırladım ki, xeyli müddət idi ki, əlil arabası ilə hərəkət edirdim) inanırdım. Bu inamımın gerçəkləşəcəyi günə lap az qalıb.

Bildiyimiz kimi, dövlət öz vətəndaşlarının sosial problemlərinin həlli üçün bütün imkanlardan istifadə edir. Bu işdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki sanatoriya, pansionat və digər qurumların üzərinə daha çox məsuliyyət düşür. Son illər bu sahədə həyata keçirilən layihələr, ilk növbədə, sosial müdafiəyə ehtiyacı olanların sağlam həyata qayıdışında mühüm amilə çevrilib. Mən də son illər həmin təşkilatlarda gördüyüm münasibəti birbaşa dövlətin bütün kateqoriyalardan olan vətəndaşlarına diqqət və qayğıkeşliyi hesab edirəm.

Belə müəssisələrdən biri Naftalandakı “Möcüzəli” sanatoriyasıdır. Əlbəttə, mən Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda və Respublika Diaqnostika Mərkəzində əməliyyat keçirməyimə dəstək olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğıkeşliyini qeyd etməyə bilmərəm. Özü də həmin diqqət və qayğıkeşlik bununla bitmədi. Məni əməliyyatdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatına göndərdilər. Burada qarşılaşdığım, sözün əsl mənasında, cənnət guşə haqqında isə xüsusi söz açmağa dəyər.

Vaxtilə pansionatdakı dözülməz vəziyyətdən bu gün əsər-əlamət yoxdur. Bu gün mərkəzdə yaradılan şəraitdən hər kəs məmnundur. Pansionatın müdiri Lalə Həsənova deyir ki, dövlətimizin iqtisadi qüdrəti ölkənin hərtərəfli inkişafı, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi deməkdir. Belə müasir şəraitdə əlillərə qayğıkeşlik göstərməyi pansionatın tibbi personalı özünün peşə borcu sayır. Həkim Məlahət Cəfərova, fizioterapiya şöbəsinin əməkdaşlarından Zümrüd Rzayeva, Zeynəb Cəlilova, massajist Aysel Hüseynzadə, tibb bacılarından Gülnarə Abbasova, reabilitasiya idmanı üzrə mütəxəssis Arzu Məmmədova və digərləri mərkəzdə müalicə alan əlillərə xüsusi diqqətlə yanaşırlar.

Bütün bunlardan sonra mən də öz növbəmdə xalqımıza son illər bir-birinin ardınca xoş günlər yaşadan, sosial problemlərinin həllində mühüm tədbirlər həyata keçirən dövlət başçısına minnətdarlığımı bildirir və deyirəm: dövlət mənə yenidən həyat verdi, çünki artıq əlil arabasına ehtiyacım yoxdur. Bu isə həm də o deməkdir ki, doğma Şuşaya sözün birbaşa mənasında ayaq basmaq imkanım yaranıb.

 

Aydın QƏDİMLİ,

əmək veteranı, I qrup gözdən əlil,

Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video