19:45 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dövlət dəstəyi kəndlini torpağa daha sıx bağlayır

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:37 13.06.2021

 

Kürün və Arazın qovuşduğu ərazidə yerləşən Sabirabadın Azərbaycanın kənd təsərrüfatının inkişafında oynadığı əhəmiyyətli rol hər zaman diqqət çəkmişdir. Bu, keçmiş SSRİ dövründən başlayaraq indiyədək davam edir.

Təsadüfi deyil  ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi  illərdə dəfələrlə Sabirabada səfər etmiş,  rayonun əmək adamları ilə pambıq tarlalarında, taxıl zəmilərində unudulmaz görüşlər keçirmiş, dəyərli  tövsiyələr vermiş, rayonun sosial-iqtisadi inkişafına dinamik xarakter verən konkret addımlar atmışdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Fatma Hüseynova, Cervon Azayeva, Zəminə Aslanova, Gülbaba Xəlilov, Zahid Bağırov, Həlimə Həsənova, Narınc  Kərimova və onlarca başqaları Sabirabadın əmək qəhrəmanları olaraq ötən  əsrin 70-ci illərində ən yüksək dövlət mükafatlarına layiq görülmüşlər.

Bu gün Prezident İlham Əliyev bu ənənəni uğurla davam etdirir. 2016-cı il sentyabrın 17-də Sabirabad rayonunda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlət başçısı demişdir: “Bu müşavirənin Sabirabad rayonunda  keçirilməsi təsadüfi deyil. 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev Sabirabadda hər il zona müşavirələri keçirirdi. Pambıqçılıqla bağlı o, müşavirələrdə çox dəyərli göstərişlər verirdi.  Bu ənənəyə sadiq olaraq mən pambıqçılığın inkişafı il bağlı birinci ümumrespublika müşavirəsinin keçirilməsi üçün də Sabirabad rayonunu seçdim. Mən əminəm ki, Sabirabad rayonunda və bütün başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi sürətlə gedəcək, biz pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu həm insanlar, həm də dövlət üçün böyük gəlir gətirən bir sahədir”.

Biz pambıqçılığın son illərdəki sürətli inkişaf tempini rayonumuzun timsalında da aydın görürük. 2015-ci ildə rayon üzrə 1633 hektarda pambıq əkilmiş və hər hektardan 11,3 sentner məhsul götürülmüşdüsə, 2020-ci ildə əkin sahəsinin həcmi  6,1 dəfə artaraq 10 min 75 hektara, məhsul istehsalı 17 dəfə artaraq 31 min 618 tona, məhsuldarlıq 31,4 sentnerə çatmışdır. Pambıqçılıqdan gəlirlər isə 23 milyon manatdan çox olmuşdur.

Bu günlər pambıq tarlalarında işlərin qızğın çağıdır. Cari ilin məhsul  bolluğuna etibarlı bünövrə qoymaq üçün kompleks becərmə tədbirləri yüksək aqrotexniki qaydalar əsasında davam etdirilir. Sabirabad pambıqçısının builki hədəfi hər hektarın məhsuldarlığını azı 35 sentnerə çatdırmaqdır.

Rayonumuz 100 min hektardan çox kənd təsərrüfatına yararlı torpaq sahəsinə malikdir. Bunun 67 min 233 hektarı suvarılan torpaqlardır. Təsərrüfatlarda əkin sahələrindən səmərəli istifadə üçün  zəruri tədbirlər görülür.

Cari il 25 min hektarda taxıl, 9,2 min hektarda  pambıq, 20 min hektardan artıq yonca, 7 min  hektardan çox olmaqla bostan,  tərəvəz və digər  kənd təsərrüfatı bitkiləri əkilmişdir. Keçən il hər hektardan 41,3 sentner taxıl götürən sabirabadlı fermerlər bu il 25 min 179 hektarda məhsul  yetişdirmişlər. Artıq taxıl biçininə start verilmişdir. Hələlik  arpa sahələrinin  məhsulu biçilir. İlk nəticələr fərəhlidir. İnamla deyə bilərik ki, ölkənin ərzaq təhlükəsizliyi proqramına bu il sanballı töhfələr verəcəyik. Taxılçılarımızın devizi belədir - bir sünbülün də itkiyə getməsinə yol verməmək. Keçən il  104 min tondan çox taxıl istehsal  edən  Sabirabad kəndlisi indi  nailiyyətləri daha da artırmaq əzmi ilə  çalışır. Biçində ilk günlərin nəticələri deməyə əsas verir ki, taxılçılarımız cari il yeni hədəflərə çatacaqlar.

Hazırda baramaçılıqda da mühüm mərhələdir. Artıq bir neçə gündür ki, barama tədarükünə başlamışıq. Bu il kümçülərimiz 400 qutu ipəkqurdu bəsləmişlər. Zoobaytar qaydalara ciddi əməl edilməsi, eyni zamanda  etibarlı yem bazası cari ildə  bol barama  yetişdirilməsinin əsas şərtidir. Keçən il rayon  üzrə 10 min 276 kiloqram barama tədarük  edilmişdir. Bu il isə azı 1,5 dəfə artım gözləyirik. Belə inamlı fikir  söyləməyə tutarlı əsaslar vardır. Baramaçılığın inkişafında əsas şərt etibarlı yem bazasının yaradılması üçün zəruri tədbirlər görülmüşdür. Son bir  neçə ildə rayonun təsərrüfatlarında Çin Xalq Respublikasından gətirilmiş 123 min tut tingi əkilmiş, iki təsərrüfatda 14 hektarlıq tut bağları salınmışdır. Bu tədbirlər deməyə əsas verir ki, gəlirli sahə olan baramaçılığı növbəti illərdə də inkişaf etdirəcəyik.

Rayon iqtisadiyyatında heyvandarlıq da əsas sahələrdən sayılır. Cari ilin ötən dörd ayı ərzində bu sahədə xeyli artım əldə edilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən ət, süd, yumurta istehsalı artmışdır. Hazırda təsərrüfatlarda 123 min baş mal-qara, 232,8 min baş davar bəslənilir.

Sözsüz ki, Sabirabad kəndlisinin qazandığı bu nailiyyətlərin mayasında dövlətin böyük dəstəyi dayanır. Ünvanı zəhmət adamı, torpaq istifadəçisi olan bu dəstəyin miqyası çox böyükdür. Əkinlərin su təminatını  yaxşılaşdırmaq  üçün yeni suvarma kanallarının çəkilişi, müasir kənd təsərrüfatı texnikası və mineral gübrələrlə etibarlı təminat, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər, eyni zamanda pambıqçılığa, taxılçılığa, heyvandarlığa verilən subsidiyalar əmək adamlarını halal zəhmətə, bərəkət mənbəyi olan torpağa qırılmaz tellərlə bağlayır.

 

Heydər YAQUBOV,

Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM