12 Avqust 2021 00:28
495
İQTİSADİYYAT
A- A+

Dövlət büdcəsinin neft gəlirləri azalıb

 

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin neft gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz və ya 917,9 milyon manat azalaraq 5 milyard 863,4 milyon manat icra edilib.

AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, neft gəlirləri proqnoza nisbətən 15,1 faiz və ya 1 milyard 41,8 milyon manat az icra edilib ki, bu da illik proqnozun 42,6 faizini təşkil edir. 2021-ci ilin I yarısında dövlət büdcəsinin neft gəlirlərinin proqnoza və ötən ilin 6 ayına nisbətən az daxilolmasının əsas səbəbi Dövlət Neft Fondundan transfertin proqnoza nisbətən 1 milyard 403,3 milyon manat və ötən ilin I yarısı ilə müqayisədə isə 978,3 milyon manat az olması ilə əlaqədardır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video