20 Avqust 2014 12:08
572
Oxucu məktubları
A- A+

«Dostluq» parkı yenidən qurulub

 

Son illərdə şəhərimizin küçə və meydanları, park və bağları yenidən qurulur. Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyev adına "Dostluq" istirahət parkı da şəhərin yeniləşən istirahət mərkəzlərindən biridir. Bədii tərtibatına və yaşıllığına görə diqqəti cəlb edən bu parkda istər şəhər sakinlərinin, istərsə də rayonumuzun kənd və qəsəbələrindən gələnlərin dincəlməsi və istirahəti üçün müasir işıqlandırıcılar quraşdırılmış, dekorativ ağac və gül kolları əkilmiş, divarlar ağlayla üzlənmiş, kölgəliklərdə yeni oturacaqlar qoyulmuşdur. Milli Qəhrəman Əsgər Əliyevin büstünün ətrafı yenidən mərmər üzlüklə işlənmişdir.

"Dostluq" istirahət parkında çayxana, Veteranlar klubu fəaliyyət göstərir. Sözsüz ki, bunlar gələnlərin istirahətinin nümunəvi təşkilində mühüm rol oynayır. Bu park bir şəhər sakini kimi mənim də ən çox sevdiyim və istirahət etdiyim yerdir. Asudə vaxtımın çox hissəsini burada keçirirəm. "Dostluq"la yanaşı,  ulu öndər Heydər Əliyevin və Həzi Aslanovun adına xatirə parkları və Xocalı soyqırımı abidə-kompleksi də hamımızın daim ziyarət etdiyi yerlərdir.

 

Nəsir RZAYEV,

Lənkəran şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video