20:49 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

DOST Agentliyinin səlahiyyət və xidmətləri sırası daha da genişlənib
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:23 21.09.2021

 

Prezident İlham Əliyevin sentyabrın 21-də imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Nizamnaməsində bəzi dəyişiklik və əlavələr edilib, agentliyin səlahiyyət və xidmətləri sırası daha da genişləndirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Fərmana əsasən, agentliyin vəzifələri və hüquqları sırasına DOST mərkəzlərində göstərilən xidmətlərlə əlaqədar monitorinqlər aparmaq da daxil edilib. Həmçinin DOST mərkəzlərinin fəaliyyətinə könüllülərin (xüsusilə gənc mütəxəssislərin və tələbələrin) cəlb edilməsi, onların həvəsləndirilməsi üçün tədbirlər görülməsi məqsədilə agentliyə təhsil müəssisələri ilə yanaşı, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək imkanları verilib.

Eyni zamanda, DOST mərkəzlərində “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipinə uyğun təqdim edilən xidmətlərin sırası yeni Fərmanla daha da genişlənib. Həmin xidmətlərin sırasına edilmiş əlavələrə əsasən, bundan sonra DOST mərkəzlərində əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbulu və mediasiya xidmətləri də göstəriləcək.

Övladlığagötürmə sahəsində vəzifələrin icrasının təmin edilməsi, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, bu sahədə nəzarətin həyata keçirilməsi, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsi istiqamətləri isə nazirliyin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyinə aid olduğundan həmin istiqamətlərlə bağlı yarımbəndlər DOST Agentliyinin Nizamnaməsindən çıxarılıb.

Ümumilikdə ilk DOST mərkəzinin açıldığı vaxtdan, yəni 2019-cu ilin mayından həmin mərkəzlərin sayı 5-ə çatıdırılmaqla, DOST xidmətlərinin sayı da təqribən 30 faiz artaraq 154-ə çatıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM