10:30 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:28 17.04.2021

 

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) Müşahidə Şurasının növbəti  iclası keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrlik etdiyi Şuranın üzvləri Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev,  Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin sədri Orxan Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevdir.

S.Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə yaradılaraq 2019-cu ilin may ayında açılışı olmuş DOST Agentliyinin sosial sahədə vətəndaş məmnunluğuna yönəlik islahatların təzahürü olduğunu vurğulayıb. Bildirib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulmasına və “bir pəncərə”dən təqdim edilməsinə imkan verib.

Nazir 2019-2020-ci illərdə paytaxtda 3 DOST mərkəzinin, 2021-ci il martın 30-da isə dövlət başçısının iştirakı ilə 4 saylı DOST mərkəzinin açıldığını deyib. DOST mərkəzləri tərəfindən 350 mindən çox vətəndaşa xidmət göstərildiyini, bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin  97,2% olduğunu diqqətə çatdırıb.

Hazırda Bakının 10 rayonu üzrə 4 DOST mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən S.Babayev paytaxt əhalisinin artıq 1 milyon 915 min 200 nəfərinin DOST xidmətləri ilə əhatə olunduğunu bildirib. O, 2025-ci ilə kimi 16 regional DOST mərkəzinin və 46 rayon üzrə qəbul filiallarının açılmasının nəzərdə tutulduğunu deyib. Bildirib ki, növbəti DOST mərkəzi yaxın vaxtlarda Abşeron rayonunda açılacaq. Bərdə, Quba, Sabirabad rayonlarında, Sumqayıt, Gəncə şəhərlərində də DOST mərkəzlərinin yaradılması işləri aparılır.

Şuraya DOST Agentliyinin 2020-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim edilib. İclasda agentliyin daxili inkişafı istiqamətində planlaşdırılan optimallaşdırılma ilə bağlı qurumun Strateji Planının, agentliyin və təsərrüfat cəmiyyətlərinin strukturunun yeni redaksiyada təsdiq edilməsi və s. məsələlər müzakirə olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM