28 Oktyabr 2021 02:26
955
İQTİSADİYYAT
A- A+

DOST Agentliyi “Avropa Sosial Xidmətlər Mükafatı - 2021”in  finalçılar siyahısında iki yer qazanıb

 

Ölkəmizdə dövlət sosial xidmətləri sahəsində innovativ nailiyyət olan DOST konsepsiyası Azərbaycanın yeni brendi kimi beynəlxalq arenada da böyük maraqla qarşılanır.

DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin (ASŞ) “Avropa Sosial Xidmətlər Mükafatı - 2021” müsabiqəsinin finalçıları siyahısında “Texnoloji alətlər” və “Möhtəşəm heyət” nominasiyaları üzrə iki yer qazanıb.

Müsabiqə sosial xidmətlər sahəsində təşəbbüsləri, pandemiya dövründə yeni innovativ təcrübələrin tətbiqi əsasında insanların qayğı ilə əhatə olunması üçün kreativ həllərin tətbiqi,  yeni texnologiya alətlərinin işə salınması və s. üzrə əldə olunan nəticələri dəyərləndirmək məqsədi daşıyır.

Müsabiqənin qalibləri münsiflər heyətinin səsləri ilə ictimai səsvermənin nəticəsinin cəmi əsasında müəyyən olunacaq.

DOST Agentliyinin müsabiqənin final mərhələsində iki yerlə qərarlaşması DOST konsepsiyasının Avropa məkanında sosial sahə üzrə ən mütərəqqi təcrübələrdən biri kimi tanınaraq seçildiyini bir daha göstərir.

Bundan əvvəl isə DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Şurasının üzvü seçilib və şəbəkənin müxtəlif tədbir və müzakirələrində fəal iştirak edib.

“Avropa Sosial Xidmətlər Mükafatı - 2021” müsabiqəsinin final tədbirinin dekabrın 3-də keçirilməsi nəzərdə tutulur. Tədbirdə DOST Agentliyinin nümayəndə heyəti də finalçı və Avropa Sosial Şəbəkəsi Şurasının üzvü qismində DOST fəaliyyətinə dair təqdimatla çıxış edəcək.

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video