07:31 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanı verəcək iddiaçıların nəzərinə
 
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
17:08 27.01.2021

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) Rəyasət Heyətinin 2020-ci il 29 sentyabr tarixli qərarı ilə “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası” təsdiq edilib və fəlsəfə doktoru imtahanları 2021-ci ilin yanvar ayından etibarən “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq təşkil edilməlidir. Həmin Qaydaya görə, xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, qaydaya əsasən, xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının məzmunu, imtahanın keçirilmə qaydası, nəticələrinin qiymətləndirilməsi meyarları və keçid balı AAK ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Elmin inkişaf istiqamətlərini nəzərə alaraq, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrlar hazırlanmasının tənzimlənməsi və səmərəliliyinin artırılması ilə bağlı aidiyyəti üzrə təkliflər vermək hüququna malik dövlət orqanı olan AAK-ın təklifi ilə xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün keçid balı 35 bal, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyən olunub. Xarici dil, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanını uğurla vermiş iddiaçılara AAK-ın müəyyən etdiyi formada həmin imtahanda onların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktoru dissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan şəhadətnamə verilir. İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnamə verilmir. Bu halda iddiaçının təkrar imtahan verməsinə altı aydan tez olmamaq şərti ilə icazə verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na müvafiq olaraq doktoranturaya qəbul zamanı xarici dil imtahanından “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”nın 3.2-ci bəndi ilə nəzərdə tutulan qaydada müəyyən edilən keçid balını (yəni 35 bal və ya daha yüksək) toplayaraq doktoranturaya qəbul olmuş iddiaçılar dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Beləliklə, doktoranturaya xarici dil üzrə qəbul imtahanı verən namizədlərdən və fəlsəfə doktoru iddiaçılarından DİM-ə daxil olan sorğulara cavab olaraq bildiririk ki, AAK-la razılaşdırılmaqla xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün 25 bal müəyyənləşdirilib.

Xatırladaq ki, həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir və dinləmə, oxu, dildən istifadə və yazı bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə minimal keçid balını toplamaq tələb olunur.

Doktoranturaya DİM tərəfindən keçirilən xarici dil üzrə qəbul imtahanında 25 və daha yüksək bal toplayanlar həmin imtahandan keçmiş sayılır və fəlsəfə fənni üzrə qəbul imtahanına buraxılırlar, lakin doktoranturaya qəbul olan şəxslərdən xarici dil imtahanında yalnız 35 bal və ya daha yüksək nəticə göstərənlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Qeyd edək ki, DİM 2021-ci il yanvarın 26-dan fevralın 7-dək iddiaçıların xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edib. Doktoranturaya xarici dil üzrə qəbul imtahanına qeydiyyat isə 2020-ci ilin oktyabr-noyabr aylarında aparılıb. Xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarının 2021-ci il fevralın 14-də, əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə fevralın 15-də keçirilməsi nəzərdə tutulur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM