08 Iyun 2020 16:48
1464
Elm və texnika
A- A+

Doktoranturaya qəbul prosesinin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulur


Doktoranturaya qəbul prosesinin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib. Onun sözlərinə görə, ötən ilə qədər doktoranturaya qəbul noyabr-dekabr aylarında aparılıb. Bu isə doktoranturada tədrisin təşkili ilə bağlı müəyyən çətinliklər yaradırdı.

Akademik İ.Həbibbəyli qeyd edib ki, pandemiya dövrü ilə əlaqədar imtahanların keçirilməsində çətinliklər yaranmazsa, bu qərar qüvvədə qalacaq. İmtahanların keçirilməsi qaydalarında heç bir dəyişiklik edilməyib: "İxtisas fənni üzrə imtahanlar müvafiq institut tərəfindən, fəlsəfə imtahanı AMEA tərəfindən mərkəzləşdirilmiş şəkildə təşkil edilir. Xarici dil fənni üzrə imtahan isə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video