18:33 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Doing Business”in saxtakarlığından Azərbaycan yalnız ziyan çəkmişdir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:16 22.09.2021

 

Ölkəmizin hesabatdakı reytinqi  bu səbəbdən 6 pillə aşağı düşmüşdür

 

Dünya Bankının “Doing Business”in hesabatlarında üzə çıxardığı qeyri-dəqiqliklər ətrafında səs-küy və diskussiyalar davam edir.

Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, “Doing Business” hesabatının reytinq sıralaması ölkələrdə biznes və investisiya mühitinin əlverişliliyi, o cümlədən dünya iqtisadiyyatındakı mövcud vəziyyətin müəyyənləşdirilməsində böyük rol oynayırdı: “Lakin 2020-ci ilin reytinq hesabatının hazırlanmasındakı qərəz və maraqlara xidmət faktlarının üzə çıxması xoşagələn hal deyil”.

Milli Məclisin deputatı “Doing Business 2020” hesabatı hazırlanarkən S.Dyankovun özbaşına bir sıra islahatların nəticələrini nəzərə almaqdan imtina etməsini Azərbaycana qarşı qərəzli münasibətin göstəricisi kimi dəyərləndirmişdir. A.Badamov eyni zamanda sözügedən məsələnin şərhində radikal mövqe sərgiləyərək hakimiyyəti tənqid atəşinə tutanları qınamışdır: “Təqdim olunan yalan məlumatlar əsasında Azərbaycanın reytinqi Çin, BƏƏ və Səudiyyə Ərəbistanının reytinqləri kimi yaxşılaşmamış, əksinə, geriləmişdir. Dünya Bankının açıqlamasında radikal müxalifətin qeyd etdiyi kimi, Azərbaycan hakimiyyətinin hər hansı bir yalanından danışılmır. Əksinə, Azərbaycana qarşı saxtalaşdırma olduğu üzə çıxır”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) də ölkəmizin nüfuzlu analitik qurumlarından biri kimi bu hadisəni diqqətdən kənarda qoymamışdır. İİTKM-in yaydığı şərhdə qeyd olunur ki, Dünya Bankı hələ 2020-ci il 27 avqust tarixli press-relizində “Doing Business”in hesabatında nəticələrin saxtalaşdırıldığını əsas gətirərək bu hesabatın nəşrinin təxirə salındığını bildirmişdir: “Öz yüksək daxili etik dəyərlərinə əsaslanaraq Dünya Bankı hesabatlardakı yanlışlıqların aradan qaldırılması məqsədilə kənar audit şirkəti (WilmerHale) də cəlb edərək son 5 ilin sistematik həm daxili, həm də xarici audit qiymətləndirilməsini aparmışdır”.

Şərhdə daha sonra qeyd olunur ki, əgər Dünya Bankı tərəfindən 2020-ci il üzrə hesabatda nəticələr saxtalaşdırılmasaydı, Çin 7, Səudiyyə Ərəbistanı 1 pillə geri mövqedə, BƏƏ olduğu mövqedə, Azərbaycan isə 6 pillə daha ön reytinqdə qərarlaşacaqdı. Yəni audit yoxlamalarının nəticəsi olaraq hazırlanmış hesabatda düzəlişlər edildikdən sonra Azərbaycanın göstəricisi 6 pillə artmaqla, 34-dən 28-ci mövqeyə yüksələcəkdi.

İİTKM-in şərhində bildirilir ki, “Röyter” agentliyi və “Kommersant” kimi aparıcı mətbu orqan da Azərbaycanda aparılan islahatların “Doing Business” hesabatlarında qərəzli şəkildə nəzərə alınmadığından yazmışdır. Burada xüsusi ilə qeyd etmək lazımdır ki, nəticələrin hesabatda doğru əks olunmadığı bildirilən 4 ölkə (Səudiyyə Ərəbistanı, BƏƏ, Çin və Azərbaycan) arasında yeganə Azərbaycanın göstəriciləri qurumun bəzi ekspertləri tərəfindən süni şəkildə azaldılmışdır.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM