21 Aprel 2021 12:41
669
SİYASƏT
A- A+

Dmitri Savelyev: Prezident İlham Əliyevin göstərdiyi nümunələr Azərbaycanın sülhsevərliyinə dəlalət edir

 

Azərbaycan Prezidenti İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı Azərbaycan liderinin müdrikliyini və parlaq diplomatik bacarıqlarını növbəti dəfə nümayiş etdirdi.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində səsləndirib.

Deputat deyib: “Əlamətdar haldır ki, Prezident hərbi mövzuya toxunarkən işğaldan azad olunmuş ərazilərin bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası, regionda sülh və sabitlik məsələlərinə üstünlük verirdi. Beləliklə, Azərbaycan Prezidenti öz ölkəsinin münaqişəni dinc yolla nizamlamağa tərəfdar olmasını təsdiqlədi və bunu strateji baxımdan çox səmərəli şəkildə etdi”.

D.Savelyev təəssüflə vurğulayıb ki, Qarabağ ərazisində onilliklər boyu davam etmiş işğal və hərbi əməliyyatlar nəticəsində dağıdılmış şəhərlər, minalanmış sahələr, işğal edilmiş torpaqlarda Azərbaycan mədəniyyətini məhv etmək cəhdləri şəklində dəhşətli izlər qalıb. Buna görə də normal həyatın bərpa edilməsi üçün bütün xalqın böyük səyi və sanballı investisiyalar tələb olunur.

Rusiyalı deputat daha sonra deyib: “Lakin bu vəziyyətin müsbət tərəfi də var: işğaldan azad edilmiş ərazilər Azərbaycan iqtisadiyyatı üçün böyük resursdur. Bu gün Azərbaycan keçmiş düşməninə birtərəfli qaydada mehriban qonşu kimi kömək əlini uzadır, Ermənistan rəhbərliyi isə hər hansı minimal addımlardan çəkinmək üçün müxtəlif bəhanələr gətirir. Hərçənd, bu mövqe erməni xalqının istəklərinə tamamilə ziddir. Prezident İlham Heydər oğlu barışıq prosesinə yönəlmiş fəaliyyət nümunələri göstərdi. Bu nümunələr Azərbaycanın sülhsevərliyini və konstruktiv səylərini nümayiş etdirir. Lakin Şərdə belə bir müdrik kəlam var: tək əldən səs çıxmaz, yəni əgər Ermənistanın hakimiyyət orqanları tərəfindən müvafiq sülh təşəbbüsləri olmasa, regionda nizamlama prosesi daha da ləngiyəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video