10:13 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Diyetoloqlar qidalanma ilə bağlı bəzi mifik iddialara elmi qiymət veriblər
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:06 11.06.2013

 

Dəniz duzunun adi duzdan daha faydalı olduğu  söylənilir. Alimlər bununla razı deyillər. Onların qənaətinə görə, dəniz duzunun adi xörək duzundan üstün cəhəti yoxdur. Bununla belə,  xörək duzunda mineral maddələrin nisbətən azlığı, eləcə də, adətən, tərkibinə sənaye üsulu ilə yod əlavə edildiyi etiraf olunub. İstənilən halda, mənşəyindən asılı olmayaraq, gün ərzində 2300 milliqramdan artıq duz qəbul etmək məsləhət görülmür.

İkinci mif istridyə (yeyilən dəniz ilbizi) ilə bağlıdır. İtaliyalı və amerikalı mütəxəssislər bu dəniz ilbizinin həqiqətən də tərkibindəki amin turşularının təsiri ilə orqanizmdə cinsi hormonların səviyyəsinin yüksələ  biləcəyini bir neçə il qabaq dəqiqləşdiriblər.  İstridyə  stimullaşdırıcı effektə malik dofamin maddəsi ilə də zəngindir.

Üçüncü mifdə  qəhvəyi rəngli şəkərin faydalı olması iddia edilir.  Buna da  alimlərin baxışı duza olduğu kimidir: şəkər rəngindən asılı olmayaraq, şəkərdir, ona görə də məhdud miqdarda qəbul edilməlidir.

Alimlər "mikrodalğalı soba ərzağın tərkibindəki faydalı qida birləşmələrini parçalayır" iddiasını da araşdırıblar.  Mütəxəssislər bu fikirlə razılaşıblar.  Konkret olaraq mikrodalğalı sobanın  ərzaqdakı B12 vitaminini  məhv etdiyi  təsdiqlənib. B12 vitamini orqanizmdə qırmızı qan dənəciklərinin sintezində vacib rola malikdir. Yaşlı insanlarda bu vitamin növünün çatışmazlığına tez-tez rast gəlinir. Odur ki, ət məhsullarını mikrodalğalı sobada hazırlamaq  məsləhət deyil.

Orqanik (ekoloji təmiz, geni dəyişdirilməmiş)  qida məhsullarının digərlərinə nisbətən  daha faydalı olduğu təsdiqlənib. Amma bunun da bir sıra amillərdən asılılığı vurğulanıb. Belə ki, məhsul orqanik olsa da, onun yetişdirildiyi torpağın keyfiyyəti, toxumunun növü, aldığı işığın miqdarı da  önəmli rola malikdir.  Buna rəğmən, orqanik məhsullar öyrənilərkən sadalanan parametrlər nəzərə alınmır. Son araşdırmalara görə, vitaminlərin və zülalın miqdarında ciddi  fərq olmasa da, orqanik məhsullarda omeqa-3 yağ turşusu və fosfor daha çoxdur.

"Yerə düşən qidanı  3 saniyə ərzində qaldırıb rahatlıqla yemək olar" - bu mif Mançester Universiteti alimləri tərəfindən test edilib. Nəticə maraqlıdır: həqiqətən də bəzi qida məhsulları, məsələn, mürəbbəli və ya vetçinalı buterbrodlar yerdən qaldırıldıqdan sonra təmiz çıxıb. Peçenye üzərində  çox az miqdarda bakteriya qeydə alınıb. Amma tərkibində sulu məhsullar olan qida növləri bakteriyaları "canlarına hopdurublar".



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM