09:31 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Diyetoloq: Kökəlmək üçün dərman preparatları qəbul edilməsi təhlükəlidir
ANA SƏHİFƏ / SƏHIYYƏ
14:35 16.10.2018

Çəkisini azaltmaq istəyənlərlə yanaşı onu artırmaq arzusunda olanlar da var. Diyetoloqların köməyi ilə kökəlməyə çalışanların sayı artsa da, bunu ev şəraitində kor-koranə şəkildə edənlər də tapılır.

Diyetoloq Ləman Süleymanovanın AZƏRTAC-a verdiyi məlumata görə, bədən çəkisini özbaşına artırmaq istəyənlər bəzən ciddi xəstəliklərə tutulur və ya hədsiz dərəcədə kökəlirlər. O, həmin prosesin nəzarət altında və xüsusi proqramla aparılmalı olduğunu bildirib: "Çox vaxt çəki artırmaq üçün müxtəlif preparatlar qəbul edir, iynə vurdururlar. Xüsusilə yeniyetməlik dövründə belə üsullardan istifadə etmək yolverilməzdir. Bu, ciddi hormonal pozuntuya səbəb ola bilər. Bir qədər yaşlı xanımlarda isə bu növ qaydalara əməl edilməməsi ginekoloji və mədə-bağırsaq problemlərinə, hətta xərçəng xəstəliyinə səbəb ola bilər”.

Onun dediyinə görə, sağlamlığında heç bir problem olmayan, fəal həyat tərzi keçirən uşaq və yeniyetmənin arıqlığına görə narahat olmaq əbəsdir: "Belə olduqda çəki artırmaq üçün sadəcə qida rasionuna diqqət yetirmək lazımdır. Əsasən immunitetin bərpası baxımından gündə üç-dörd dəfə qidalanmaq, mövsümi meyvə-tərəvəzlər yemək, infeksiyalardan qorunmaq vacibdir. Bunun üçün ət məhsulları və C vitamini ilə zəngin sitrus meyvələrinə üstünlük verilməlidir. Vitamin, zülal və karbohidrat balansı normal çəkinin təminatıdır”.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM