21:18 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Diş çürüməsinin qarşısını alan maddə icad edilmişdir
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:07 28.07.2012

 

ABŞ və Çilidən olan tədqiqatçılar diş çürüməsinin (kariyes) profilaktikasında ciddi irəliləyişlər əldə olunduğunu iddia edirlər.

AzərTAc Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin tədqiqatçılar hazırladıqları maddənin dişlərdə cürümə yaradan bakteriyanı cəmi  60 saniyə ərzində məhv etməyə qadir olduğunu  bildirmişlər.   

"Keep 32" adlanan molekul Yelsk Universitetindən olan Xose Kordova və Çili Universitetindən Erix Astudillo tərəfindən hazırlanmışdır. Onların yaratdıqları molekul diş minasını dağıdan "Streptococcus mutans" adlı bakteriyanı məhv edərək şəkəri tez bir zamanda süd turşusuna çevirir.

Hələlik bu maddənin kimyəvi xüsusiyyətləri və təsir mexanizmi açıqlanmır. Amma alimlər artıq "Keep 32"ni patentləşdirmək niyyətindədirlər. Onun qəbulu üçün isə maddənin insanlar üzərində sınaqdan keçirilməsi gərəkdir. 

Alimlər deyirlər ki, bunun üçün 18 ay yetərlidir. Onlar "Keep 32" maddəsinin diş məcunlarına, ağız gigiyenası əşyalarına, hətta yeməyin içərisinə belə əlavə etmək mümkün olacağını istisna etmirlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM