21 May 2020 15:20
1005
Elm və texnika
A- A+

DİM koronavirusla bağlı müvafiq göstərişlərə uyğun olaraq imtahanlara hazırlıq işlərini davam etdirir


Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, Mərkəz Təhsil Nazirliyi və yerli icra orqanları ilə birgə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunmasına dair hazırladığı metodiki göstərişləri nəzərə alaraq təcili və təxirəsalınmaz tədbirlər görür.

Belə ki, DİM əməkdaşları tərəfindən Təhsil Nazirliyinin tabeliyində olan binalara yerində baxış keçirilib, imtahan üçün seçilmiş təhsil müəssisələrinin binalarının sayı 2,5 dəfəyədək artırılaraq onların imtahanın keçirilməsi üçün yararlılıq vəziyyəti yoxlanılıb.

Hazırda imtahan iştirakçılarının sosial məsafə gözlənilməklə zallarda yerləşdirilməsi, imtahan mərkəzlərində sanitar qovşaqların, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyası, həmçinin işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması istiqamətində işlər görülür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video