09:04 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dilimizin ruhuna yad tərcümələr
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
07:09 30.09.2011

 

Hörmətli redaksiya!

Biz gənclər çətinliklərdən, müharibələrdən keçib dünyanın mütərəqqi və sülhsevər dövlətlərindən birinə çevrilən vətənimizin uğurları ilə öyünürük. Mənəvi qadağalar, siyasi təqiblər tariximizə qırmızı müstəmləkəçiliyin qara ləkələrini vurdu.  Ötən əsrin 20-30-cu illərində qolçomaq, proletariatın sinfi düşməni, 37-ci illərdə panislamist, pantürkist, xalq düşməni kimi ağır ittihamlar  bizi kökümüzdən uzaqlaşdırmaq üçün düşünülən cəza üsulları idi. 

Müstəqilliyin son 20 ilində inkişafın bir neçə əsrlik yolunu keçmişik. Dilimiz, tariximiz inkişaf edir. Bölgədə nüfuz sahibiyik. Biz gənclər üçün bundan sevindirici nə ola bilər ki! 

Ən vacibi isə odur ki, Azərbaycan bütün qonşuları ilə sülh şəraitində yaşamağa çalışır, dünya düzənində balanslaşdırılmış xarici siyasət yeridir. 

Ötən əsrin bolşevik təqibləri artıq geridədir. Qırmızı orduya "Qızıl ordu" deyib ucaltdığımız "xilaskar" abidəsindən də 20 Yanvar dairəsi azad olub. Lakin dilimizdə bu gün də "Qızıl ordu", "Qızıl meydan" ifadələri yaşamaqdadır. Bütün Rusiyada sorğu keçirsək belə, "Qırmızı ordu"nun "Qızıl ordu", "Qırmızı meydan"ın da "Qızıl meydan" kimi tərcümə edilməsini alqışlayıb bəyənən bir nəfər də olsun tapa bilmərik. Əksinə, təəccüblənəcəklər. Ona görə ki, ruslar üçün qırmızılar, ağlar real siyasi qüvvələrlə bağlı idi. Bu iki rəng, iki qüvvə qarşı-qarşıya duraraq ölüm-dirim savaşına çıxıblar. Qırmızını "qızıl" kimi dilimizə gətirmək, gec də olsa, etiraf etməliyik ki, həm psixoloji, həm də dilçilik nöqteyi-nəzərindən düzgün deyil. Ona görə də tarixdən ibrət almağımız və səhvləri gec də olsa düzəltməyimiz vacibdir.

 

Z.Quliyeva, N.Rüstəmova, S.Əhmədova və H.Bəkirli

Bakı Qızlar Universitetinin Pedaqogika və psixologiya fakültəsinin tələbələri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM