30 Sentyabr 2021 01:39
3001
Oxucu məktubları
A- A+

Digahlıların arzusu həyata keçir

 

Qubanın Digah kəndi dağlıq ərazidə yerləşir. Buna baxmayaraq, Digahda hələ sovetlər dönəmindən əvvəl məktəb olub. Hətta ətraf ərazilərdən kəndimizə oxumağa gəliblər.

Müstəqillik illərində məktəb binası təmir edilsə də, qədim təhsil ocağının binası müasir tələblərə cavab vermirdi. Xüsusən yağış, qar yağanda tavan damdığından sinif otaqlarında dərs keçmək mümkün olmurdu.

Bu ilin ortalarında bizə şad xəbər verdilər ki, kəndimizdə məktəb üçün yeni bina tikiləcək. İnanın ki, uşaqdan böyüyə sevinməyən olmadı, hətta qurban da dedilər. Avqust ayından tikintiyə start verilib. Yeni 3 mərtəbəli və 360 şagirdlik binanın artıq təməli qoyulub. Tikinti işləri başlayandan digahlılar hər gün meydançaya gəlir, ustalara çay və yemək gətirirlər. Bu münasibəti görən inşaatçılar işlərinə daha məsuliyyətlə yanaşırlar. Məsuliyyət isə o deməkdir ki, məktəb nəzərdə tutulan vaxtda istifadəyə veriləcək.

 

Mənsur HACIYEV,

Quba, Digah kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video