28 Iyun 2014 09:06
498
Səhiyyə
A- A+

Dietik içkilər

Artıq yay gəlib. Bütün qadınlar arıqlamağın müxtəlif yollarını axtarır. Gecə-gündüz idmanla məşğul olur. Təbii ki, idmanın faydalarını danmaq olmaz. Lakin bir neçə qidalar var ki, onlar istənilən nəticəni daha tez əldə etməyə kömək edir. 

Limonlu su — Arıqlamaq istəyirsinizsə, kifayət qədər su qəbul etməlisiniz. Kifayət qədər su qəbul edilən halda bədəndəki zəhərli maddələr təmizlənir və toxluq hissini artırır. Adi su içməkdən sıxılırsınıza, içinə bir-iki damcı limon suyu əlavə edin.

Buzlu qarpız püresi — İçinə şəkər əlavə etmədiyiniz müddətdə meyvə püreləri və təbii meyvə suları zərərsizdir. Qarpız təkcə bədəni sərinləşdirmir, eyni zamanda tərkibindəki vitaminlər sağlamlığa və dəriyə müsbət təsir göstərir.

Buzlu və nanəli çay — İsti yay günlərində buzlu, nanəli çay içə bilərsiniz. Nanə mədə sisteminin daha yaxşı işləməsinə səbəb olur və metabolizmanı gücləndirir. Mədədəki yağlı qidaların tez həzm olunmasına təsir göstərir. Həmçinin şişliyi aradan qaldırır.

Ananas Frappe — Bu içki ananas və kətən toxumunudan əldə edilir. Blender yardımı ilə qarışdıraraq bu içkini əldə edə bilərsiniz. Bu içki həm yağları əridir, həm də həzmi asanlaşdırır.

Yaşıl çay — Xərçəng  və ürək xəstəlikləri riskini azaltmaqla yanaşı, yağları da əridir. İdmandan əvvəl içmək məsləhətdir.

Tünd şokoladlı süd  — Tünd şokoladın bir çox faydaları var. Südlə qarışdırılan tünd şokoladı səhər yeməyi kimi içə bilərsiniz. 400 kalorilik südlü şokolad uzun müddət tox saxlayır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video