26 Oktyabr 2011 04:10
456
Təhsil
A- A+

Diasporla İş üzrə Dövlət Komitəsi Sorbon Universitetində görüş keçirmişdir

 

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti  Fransaya səfər etmişdir. Səfərdən məqsəd  bu ölkənin müxtəlif ictimai-siyasi qurumları ilə əməkdaşlığın perspektivlərini müzakirə etmək olmuşdur.

Oktyabrın 24-də Azərbaycan nümayəndə heyətinin  məşhur  Sorbon Universitetində  bu qədim təhsil ocağının professorları Jan-Antuan Duprat və Mişel Carmona ilə görüşü keçirilmişdir.

Gorüşü açan komitə sədri Azərbaycan ilə Fransa arasında mövcud əməkdaşlığa toxunmuş, ölkəmizin Avropanın bu aparıcı dövləti  ilə hərtərəfli  əlaqələri inkişaf etdirməyə xüsusi önəm verdiyini diqqətə çəkmiş, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulamış, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın Cənubi Qafqaz bölgəsində lider dövlətə çevrildiyini, iqtisadiyyatının sürətlə inkişaf etdiyini, ölkədə böyük quruculuq işləri aparıldığını qeyd etmişdir.

Prezident Administrasiyasının əməkdaşı Fazil Zeynalov Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan bəhs etmiş, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi islahatlar barədə ətraflı məlumat vermiş,  Prezident İlham Əliyevin ümummilli liderin siyasətini uğurla davam etdirməsi sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasından, ölkəmizin Avropa dəyərlərinə inteqrasiya etməsində maraqlı olmasından söhbət açmışdır. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Zeynalov Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu qeyd etmiş, dünya birliyini bu təcavüzə hüquqi qiymət verməyə çağırmışdır. 

Sorbon Universitetinin professorları Jan-Antuan Duprat və Mişel Carmona iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində belə görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamış, son illər  Azərbaycan haqqında az məlumatı olan fransızlara bu ölkəni tanıtmaq istiqamətində fəal təbliğat aparıldığını diqqətə çəkmiş, Sorbon Universitetinin dünyanın bir çox tanınmış universitetləri ilə təhsil və elmi axtarışlar sahəsində əməkdaşlıq etdiyini xatırlatmış, Azərbaycanla əməkdaşlıq qurulmasına xüsusi önəm verdiklərini bildirmişlər. 

Görüşün sonunda tərəflər birgə əməkdaşlıq barədə niyyət protokolunun imzalanması barədə ümumi razılığa gəlmişlər. Görüşdə Sorbon Universiteti ilə Azərbaycanın bir çox universiteti, tədqiqat mərkəzləri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq formalarının araşdırılması, Azərbaycan həqiqətlərinin fransız ictimaiyyətinə olduğu kimi  çatdırılması, ölkəmizlə bağlı sanballı kitabların fransız dilində yazılaraq Fransada çap edilməsi ətrafında da fikir mübadiləsi aparılmışdır.

Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi AMOR-un, Prezident Administrasiyasının, Strateji Araşdırmalar Mərkəzinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin  və  Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları, diasporumuzun təmsilçiləri  iştirak etmişlər.

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Paris

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video