19:06 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dərya sakinlərinin sağlamlığa töhfəsi

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:27 13.06.2021

 

Balıq zəngin vitamin tərkibi və yüksək qida dəyəri baxımından həm uşaq, həm də böyüklər tərəfindən mütəmadi yeyilməsi vacib olan qidalar siyahısındadır.

Türkiyəli uzman diyetoloq Özləm Tay balığın saymaqla bitməyən faydaları haqqında ətraflı məlumat verərək bildirib ki, onun ətinin tərkibində B qrupu vitaminləri, yüngül həzm olunan  yağlar, zülallar, fosfor, kalsium, kalium, dəmir, yod, sink və sair kimi faydalı minerallar var. Balıq yağı Omeqa-3 və Omeqa-6 ilə olduqca zəngindir. “Balıq tərkibindəki yağ turşuları sayəsində immun siteminin gücləndirilməsi üçün əvəzolunmaz qidadır” söyləyən diyetoloq bildirib ki, bu qidanın qrip və infeksiyalara qarşı bədəni mühafizə etdiyi aparılan tibbi araşdırmalarla da isbat olunub. Xüsusilə mövsümündə balıq mütləq həftədə 2 dəfə yeyilməlidir.

Balıqda digər heyvani qaynaqlı qidaların əksinə doymuş yağ yerinə doymamış yağ turşuları da adlandırılan Omeqa-3 yağ turşuları mövcuddur. Omeqa-3 orqanizmin istehsal etmədiyi və ən çox balıqda olan son dərəcə faydalı yağdır. Xüsusilə qızıl, skumbriya, sardina, siyənək, alabalıq, morina, kefal, barbunya kimi balıqlar Omeqa-3 ilə olduqca zəngindir. Omeqa-3 ürək-damar sağlamlığı üçün qoruyucu xüsusiyyətləri ilə yanaşı, gözdəki sarı ləkə xəstəliyi riskini azaldır və qan şəkərinin tənzimlənməsinə kömək edir.

Uşaqlarda zəkanın inkişafını dəstəkləyən balığın tərkibindəki Omeqa-3, görmə və nevroloji inkişafın sağlıqlı bir halda irəliləməsində son dərəcə aktiv rol oynayır. Balıq yeyən uşaqların zəka səviyyəsinin yüksəlməsi və öyrənmə qabiliyyətlərinin artdığı məlumdur. Xüsusilə hamiləliyin ilk 3 ayında mütəmadi balıq yeyən anaların uşaqlarında öyrənmə, qavrama və körpəlik dövründə qavrama, tutma kimi əl funksiyalarının güclü olduğu müəyyən edilib.

 

Ürəyin dostu

 

Balığı tam bir ürək dostu adlandıran Ö.Tay deyir ki, onun tərkibindəki Omeqa-3 yağ turşuları pis xolesterolu (LDL) azaldır, yaxşı xolesterolu (HDL) artırır.

Qanda trigliseridləri, yəni sərbəst yağları azaldır. Təzyiqi aşağı salmaqla ürək çatışmazlığı və insult riskindən qoruyur, qan laxtalanmasının qarşısını alaraq axıcılığını artırır.

Balığın sümüklərində yüksək miqdarda kalsium və fosfor mövcuddur. Bu maddələr sümüyün möhkəmlənməsində və inkişafında mühüm yer tutur.

Xüsusilə də qılçığı ilə yeyilə bilən kiçik balıqlar kalsiumla zəngin olduğu üçün sümüklərin güclənməsini təmin edir. Bu xüsusiyyətinə görə sümük əriməsi problemi yaşayanların, ahılların bol miqdarda balıq yemələri məsləhət görülür.

Zülalların orqanizm üçün çox əhəmiyyətli olduğunu vurğulayan diyetoloq balığın da keyfiyyətli zülal qaynağı olduğunu söyləyir. Zülal hüceyrələrin bərpasına və yeni toxumaların yaranmasına kömək edir. Buna görə də zülalla zəngin olan balıqların yeyilməsi vacibdir: “Sıx iş qrafiki və gündəlik həyatda hərəkətlilik bəzi problemlərə də səbəb ola bilər. Belə hallarda stress bir çox şəxslərdə yerini depressiyaya verir. Tədqiqatlar göstərir ki, Omeqa-3 yağ turşuları ilə zəngin olan balıqların istehlakı depressiyaya qarşı böyük fayda verir”.

 

Altsheymerin düşməni

 

Mütəxəssis insan ömrünün uzanması ilə əlaqədar yaş xəstəliyi olaraq daha çox rastlanan Altsheymer xəstəliyinə qarşı həftədə iki dəfə balıq yeməyi məsləhət görür: “Balıq yağı və Omeqa-3 yağ turşularının faydalarından biri də Altsheymer riskini azaltmasıdır. Altsheymerin yaratdığı yaddaş itkisinin qarşısını almaq üçün güclü silah olan balıqlar mütləq buxarda bişirilərək yeyilməlidir”.

Həkim diabet xəstələrinin və diabet riski daşıyanların da bol miqdarda balıq yeməsini tövsiyə edərək bildirir ki, Omeqa-3 gənclərdə diabet riskini əhəmiyyətli dərəcədə azaldır. İnsulinin təsirini artırıb, Tip 2 diabetə qarşı qoruyur: “Omeqa-3 yağ turşuları həm də toxuma zədələnməsinə səbəb olan problemləri aradan qaldırıb iltihab əleyhinə təsir göstərən ən güclü qidalanma komponentlərindən biridir. Balıq istehlakının xüsusilə revmatoid artrit xəstələrində oynaq revmatizminin azaldılmasında və mövcud ağrıların aradan qaldırılmasında əhəmiyyətli faydaları var”.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM