07:55 16 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Deputat Rafael Hüseynov Avropa Şurası Nazirlər Komitəsinin sədrinə Ermənistanın minaladığı ərazilərin xəritəsini verməməsi ilə bağlı sual ünvanlayıb
ANA SƏHİFƏ / SİYASƏT
14:34 20.04.2021

 

Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri 2020-ci ilin sonlarında azad edildikdən sonra həll olunmamış təhlükəli məsələ genişmiqyaslı humanitar fəlakət vəd edir və gələcək ikitərəfli əməkdaşlığın formalaşmasına ciddi mane olur. Beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan minaladığı ərazilərin xəritələrini təhvil verməkdən imtina edir və bu, 1 milyona yaxın məcburi köçkünün öz daimi yaşayış yerlərinə qayıtmasına, eləcə də xarabalığa çevrilmiş ərazilərin bərpasının başlanmasına imkan vermir. Bütün bunları nəzərə alaraq, Nazirlər Komitəsindən soruşuruq: “İnsan haqları problemi və Avropa Şurasının üzv dövlətlər arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi xəttinə birbaşa aidiyyəti olan həmin məsələnin ən qısa zamanda həlli üçün hansı effektiv təsir mexanizmlərindən istifadə edə bilərsiniz?”.

AZƏRTAC xəbər verir ki, bu sual AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov tərəfindən Avropa Şurası Nazirlər Komitəsinin sədrinə yazılı şəkildə ünvanlanıb. Sual və onun cavabı tərcümə edilərək, qurumun üzvləri arasında yayılıb.

“Nazirlər Komitəsi 47 üzv ölkədən olan deputatların qaldırdığı məsələlərin həllinə səlahiyyətləri çərçivəsində kömək göstərməyə çalışır. Lakin münaqişənin tənzimlənməsi ilə bağlı məsələlər bilavasitə Minsk qrupu ilə bağlıdır”, - deyə Komitə suala cavabda bildirib.

Vurğulanıb ki, Nazirlər Komitəsi bölgədəki ərazilərin minalardan təmizlənməsi üçün zəruri məlumatların təqdim edilməsi tələbi də daxil olmaqla, münaqişənin bütün dramatik nəticələrinin tezliklə aradan qaldırılmasının tərəfdarıdır.

Qeyd edək ki, Azərbaycan həqiqətlərinin Avropaya və dünyaya çatdırılması, Ermənistanın işğalçı siyasətinin müxtəlif aspektlərinin, bədnam qonşuların zəbt olunmuş ərazilərdə illər boyu törətdiyi cinayətlərin ifşa edilməsi istiqamətində Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri bütün imkanlardan istifadə edirlər. Avropa Şurası çərçivəsində Ermənistanın işğalçı mahiyyətini açan hər təşəbbüs, qurumun rəsmi sənədində minalanmış ərazilər problemi və Ermənistanın bu məsələnin həllinə maneə olmasını qurumun üzvlərinə çatdırmaq böyük əhəmiyyət daşıyır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM