15:51 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

 “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin  spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının  2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında”  Azərbaycan Respublikasının 2021-ci il 25 may tarixli 324-VIQD nömrəli Qanununun tətbiqi və  “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin  spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 mart tarixli 733 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

ANA SƏHİFƏ / FƏRMANLAR
00:29 24.06.2021

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 25 may tarixli 324-VIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1.         Müəyyən edilsin ki:

1.1.      Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin 2-ci maddəsində, 6-cı maddəsinin üçüncü cümləsində, 8-ci maddəsində, 8-1-ci maddəsinin birinci cümləsində, 9-cu maddəsinin birinci və ikinci hissələrində, 10-cu maddəsinin birinci cümləsində, 11-ci maddəsinin birinci cümləsində, 12-ci maddəsinin ikinci cümləsində,   13-cü maddəsinin birinci cümləsində, 13-1-ci maddəsində, 15-ci maddəsinin birinci, ikinci hissələrində və üçüncü hissəsinin birinci cümləsində, 16-cı maddəsində, 17-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2.      həmin Əsasnamənin 2-ci maddəsində, 6-cı maddəsinin üçüncü cümləsində, 8-ci maddəsində, 8-1-ci maddəsinin birinci cümləsində, 9-cu maddəsinin birinci və ikinci hissələrində, 10-cu maddəsinin birinci cümləsində, 11-ci maddəsinin birinci cümləsində, 12-ci maddəsinin ikinci cümləsində, 13-cü maddəsinin birinci cümləsində, 13-1-ci maddəsində, 15-ci maddəsinin birinci, ikinci hissələrində və üçüncü hissəsinin birinci cümləsində, 16-cı maddəsində, 17-1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur.

2. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 mart tarixli 733 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 182; 2018, № 9, maddə 1840) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1.      Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin 2-ci maddəsində, 6-cı maddəsinin üçüncü cümləsində, 8-ci maddəsində, 8-1-ci maddəsinin birinci cümləsində, 9-cu maddəsinin birinci və ikinci hissələrində, 10-cu maddəsinin birinci cümləsində, 11-ci maddəsinin birinci cümləsində, 12-ci maddəsinin ikinci cümləsində, 13-cü maddəsinin birinci cümləsində, 13-1-ci maddəsində, 15-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində, 16-cı maddəsində, 17-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2.      həmin Əsasnamənin 2-ci maddəsində, 6-cı maddəsinin üçüncü cümləsində, 8-ci maddəsində, 8-1-ci maddəsinin birinci cümləsində, 9-cu maddəsinin birinci və ikinci hissələrində, 10-cu maddəsinin birinci cümləsində, 11-ci maddəsinin birinci cümləsində, 12-ci maddəsinin ikinci cümləsində, 13-cü maddəsinin birinci cümləsində, 13-1-ci maddəsində, 15-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində, 16-cı maddəsində, 17-1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 25 may tarixli 324-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri,  23 iyun 2021-ci il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM