22:26 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dəmirdən kağıza

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:32 28.08.2021

 

Sikkələrin ağırlığı, daşınması çətinliklər yaratdığı üçün kağız pullara ehtiyac duyulurdu. Sikkə formasında olan pulların tonlarla çəkisi olurdu. Müəyyən rəqəmin sadəcə kağız üzərinə yazılıb istənilən yerə daşına bilməsi isə hər kəs üçün arzuolunan ixtira idi.

İlk əsginaslar Çində yaranıb. Kağız pullar 618-ci ildən Tan sülaləsinin dövründə mübadilə üçün vərəqələr şəklində istifadə olunmağa başlayıb. Bunlar A4 vərəqi ölçüsündə idi, məlumatlar əllə yazılır və qırmızı mürəkkəblə möhürlənirdi. Həmin vaxtda bu vərəqələrin istifadəsi yalnız yerli məmurlar vasitəsilə mümkün idi. Aşağı təbəqə üçün əlçatan olmayan bu pullar 500 ilə yaxın müddətdə Çində dövriyyədə olmuşdu. Bunun nəticəsi olaraq əsginaslar həmin bölgələrdə tacirlərin işlərini asanlaşdırmışdı, onlar ağır sikkələri daşımaq məcburiyyətindən xilas olmuşdular.

Kağız əsginasların Avropada istifadəsi İsveçdən başlayır. Burada ilk əsginaslar 1661-ci ildə dövriyyəyə buraxılmışdı. “Stockholms Banco” adlı özəl bank əvvəlcə əsginasların nağd şəkildə geri qaytarılmasına zəmanət versə də, daxil olan pullarla çıxarılan vəsait arasında ciddi fərq yarandığı üçün bir müddət sonra bankın sahibi bu prosesi dayandırmışdı. Həmin vaxtdan günümüzə 1666-cı ilə aid bir neçə 100 daler (İsveç pul vahidi) dəyərində əsginas gəlib çatıb. İsveçdə meydana çıxan kağız pullar sonralar bütün Avropa ölkələrinə, eləcə də dünyaya yayılmağa başladı.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM