16:12 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Dəmir yumruq” dünya hərb tarixinin ən möhtəşəm salnamələrindəndir

ANA SƏHİFƏ / SİYASƏT
00:38 26.09.2021

 

Ayağını yerə bərk bas,

İzlərini dünyaya yaz.

Addımından qopsun tufan,

Görən desin:

“Nə gözəldir Azərbaycan!”

 

27 sentyabr 2020-ci il tarixi ədalətin bərpası ilə bitən müharibənin başlandığı gündür. Ermənistan qoşunlarının atəşkəsi növbəti dəfə pozaraq torpaqlarımıza hücumu şanlı Azərbaycan Ordusunu əks-hücum əməliyyatlarına başlamaq məcburiyyətində qoydu. Tarixə İkinci Qarabağ müharibəsi kimi daxil olan möhtəşəm savaş 30 il işğal altında saxlanan torpaqlarımızın azad olunması ilə bitdi. Tarixi ədalət bərpa olundu. Azərbaycan həm də münaqişənin hərbi-siyasi yolla həll olunmasını təmin etməklə presedent yaratdı. Silahlı Qüvvələrimizin möhtəşəm qələbəsi beynəlxalq siyasi dairələrdə ilin ən çox izlənilən hadisəsi oldu.

 

Qələbənin sirri

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti dövründə apardığı əsas siyasi xəttin mərkəzində güclü dövlət, güclü ordu və güclü ruh olduğunu əminliklə söyləyə bilərik. Xalqın iradəsini ifadə edən dövlət başçısı münaqişənin birdəfəlik həlli üçün “hərb, ya sülh” tezisini daim rəhbər tutub. “Azərbaycan nə yolla olur-olsun öz ərazi bütövlüyünü təmin edəcək” deyən dövlət başçısı bununla öz qətiyyətli mövqeyini bütün dünyaya sərgiləyirdi.

Azərbaycan hər zaman sülhün tərəfdarı olub və sülh diplomatiyasını dəstəkləyib. Lakin BMT Təhlükəsizlik Şurasının Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərindən işğalçıların qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistanın destruktiv mövqeyi ucbatındən münaqişə uzun illər həll olunmamış qalıb.

ATƏT-in Minsk qrupu bu münaqişə ilə bağlı 1992-ci ildən sülh danışıqları aparmasına baxmayaraq, onun fəaliyyətinin heç bir nəticəsi olmadı. BMT TŞ-nin qətnamələri yalnız Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatlarından sonra başlayan əks-hücum əməliyyatları nəticəsində icra olundu.

Azərbaycan Ermənistanı BMT Nizamnaməsinin 51-ci maddəsinə (dövlətlərin öz suveren ərazisini müdafiə etmək hüququ) uyğun olaraq hərbi yolla məğlub etdi.

 

Ordu quruculuğu

 

Zəfərə gedən yol məqsədyönlü dövlət siyasətinin məntiqi zirvəsidir. Ermənistanla 30 illik qanlı münaqişədə olan Azərbaycan ordu quruculuğuna xüsusi əhəmiyyət verirdi. Öz iqtisadi gücünü artıran ölkəmiz qazanılan maliyyə vasitəsi ilə hərbi qüdrətini də artırmağa nail oldu. Ordunun təchizatı, təlimlərin keçirilməsi və peşəkar qoşun növlərinin yaradılması son nəticədə Silahlı Qüvvələrimizin güclənməsini təmin etdi. Azərbaycan Ordusunun döyüş hazırlığı, silah-sursat və hərbi texnika təchizatı, təkmil maddi-texniki bazası və vətənpərvərlik ruhu döyüşdə qazandığımız qələbənin əsasını təşkil edir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində mükəmməl standartların tətbiqi, genişmiqyaslı və planlı addımlar, köklü islahatlar və yenidənqurma işləri sayəsində Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları sırasına daxil oldu.

Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda ən güclü ordu olmaqla bərabər, dünyanın 50 ən güclü ordularından da biridir. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarət olan Azərbaycan Ordusunun dinamik inkişaf tempi olduqca yüksəkdir.

“Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması - bütün bunlar buna görədir,” - deyən Prezident İlham Əliyev ordunun hər zaman münaqişənin hərbi yolla həllinə hazır olduğunu bəyan edirdi.

Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını şərəflə yerinə yetirərək 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizi 44 gün ərzində düşməndən azad etdi.

Prezident İlham Əliyevin komandanlıq etdiyi Azərbaycan Ordusu yüksək peşəkarlıq və hərbi taktika nümayiş etdirərək və döyüş tapşırıqlarını yüksək dəqiqliklə yerinə yetirməklə düşmən ordusunu darmadağın etdi. Silahlı Qüvvələrin müxtəlif növ qoşunlarının iştirakı ilə aparılan bu əməliyyatlar Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyətliliyini, hazırlıq səviyyəsini, ən əsası isə vətənpərvər ruhunu göstərdi. Azərbaycan əsgəri qalib əsgərdir!

Təbii ki, ərazisinin 1/5 hissəsi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ilk gündən münaqişənin həllinə sülh danışıqları vasitəsilə nail olmaq istəyib. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində konstruktiv mövqe sərgiləyən Azərbaycan tərəfi Qarabağ düyününün beynəlxalq birliyin səyləri nəticəsində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi əsasında həll olunacağına ümid edib. Lakin Ermənistanın ildən-ilə danışıqlar prosesində imitasiya xarakterli iştirakı və beynəlxalq birliyin səmərəsiz fəaliyyəti rəsmi Bakını öz hərbi qüdrətini artırmağın alternativsiz cıxış yolu olmasına inandırıb.

Bu səbəbdən Azərbaycanın dövlət büdcəsinin xərcləri hissəsində hərbi və təhlükəsizlik məqsədli ayırmaların həcmi kifayət qədər yüksək olub və hər il artırılıb. Hərbi büdcənin artımı Azərbaycan Ordusunun yeni sulah və texnika ilə təchiz olunmasına imkan yaradıb. Məsələn, 2019-cu ildə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsinə 3,37 milyard manat ayrılıb (cari məzənnə ilə təxminən 2 milyard dollar) ki, bu da 2018-ci illə müqayisədə 4,6 faiz çox olub. 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı isə müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönəlib.

Beləliklə, ordu quruculuğu sahəsində düşmənlə müqayisədə mütləq üstünlük qazanan Azərbaycanın hərbi büdcəsi 21-ci əsrdə Ermənistanın hərbi büdcəsini 3-5 dəfə üstələyib; bəzi illərdə Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən daha çox olub.

İkinci Qarabağ savaşında Azərbaycan Ordusu yeni nəsil müharibə texnikasını uğurla tətbiq edərək, “smart” silahlardan real döyüş meydanında istifadə etməklə eyni zamanda dünya hərb elminə yeni əsrin innovativ döyüş üsulunu təqdim etdi. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəmiz dünya hərbi mərkəzləri, aparıcı ölkələrin hərbi strukturları, eləcə də müvafiq beynəlxalq təşkilatlar tərəfindən diqqətlə öyrənilir, müasir hərb tarixində uğurlu döyüş taktikası kimi qəbul edilir.

Azərbaycanın İkinci Qarabağ müharibəsində istifadə etdiyi hərbi taktika dünyanın bir sıra nüfuzlu hərbi mərkəzləri tərəfindən yüksək qiymətləndirilib. Məsələn, ABŞ Ordu Gələcəyi Komandanlığının (AFC) ordu generalı İkinci Qarabağ savaşını “gələcəyin müharibəsi” adlandırır: “Burada başlıca rol pilotsuz uçan qurğulara məxsusdur. Ermənistan qoşunları ilə ağır döyüşlərdə nümayiş olunan yeni təcrübə xüsusi qeyd edilməlidir - XXI əsrin yüksək texnologiyalarına əsaslanan kəşfiyyat və zərbə pilotsuz aparatları ilə yanaşı, ənənəvi döyüş komponentləri, tanklar, piyada və artilleriya qüvvələri birgə iştirak edib. Bu, Azərbaycan Ordusuna hədəfləri sürətlə dəf etməyə və Ermənistan qoşunlarını məğlub edib irəliləməyə imkan verib”.

ABŞ Ordusunun müasirləşdiriməsi və döyüş sistemlərinin inkişafına rəhbərlik edən qurum Amerika Ordusunun bu təcrübəni öyrənməsinin vacibliyini vurğulayıb.

Rusiya Elmlər Akademiyası Uzaq Şərq İnstitutunun baş elmi işçisi Vasili Kaşin isə Azərbaycanın parlaq qələbəsini təhlil edərkən, ilk növbədə, ölkəmizin münaqişənin həllinə mükəmməl hazırlaşdığını qeyd edir. “Azərbaycanın silahlanmaya sərf etdiyi xərclər və planlaşdırma işi daha məqsədyönlü olub. Onlar pullarını səpələmirdilər, ehtiyac duyduqlarını alırdılar, Yaxın Şərqdəki müharibə təcrübəsini öyrənirdilər. Hazırkı münaqişəyə nümunəvi bir şəkildə hazırlaşdılar və bu, yalnız sırf hərbi hazırlıq deyil, həm də siyasi, iqtisadi, təbliğat sahələrinə də aiddir,” - deyə Vasili Kaşin BBC-yə müsahibəsində bildirib.

 

Zəfər salnaməsi

 

Hərb tariximizə “Dəmir Yumruq” əməliyyatı kimi yazılan İkinci Qarabağ savaşında qazandığımız Zəfər Azərbaycan xalqının dəmir iradəsinin, əzminin, birliyinin, vətənpərvərlik ruhunda böyümüş gənc nəslin qələbəsidir. Vətən torpaqlarını düşmən tapdağından azad etmək üçün Azərbaycan xalqı bu savaşa 30 il hər gün hazırlaşdı. 27 sentyabr vətən həsrəti ilə yaşayan xalqın qəhrəmanlıq səlnaməsində yeni səhifə oldu.

Ölkəmizdə hərbi vəziyyətə uyğun elan olunmuş qismən səfərbərlik böyük Azərbaycan məfhumu altında din, dil, millətindən asılı olmayaraq uşaqdan-böyüyə hamını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq”da birləşdirdi.

Müzəffər Ali Baş Komandan, tarix yazan Sərkərdə İlham Əliyev zəfər səlnaməsi yaratdı. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın əks-hücüma başlamaq əmri xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Vətənə sipər olan qəhrəman Azərbaycan oğulları döyüşə vahid amal uğrunda atıldılar. Məqsəd Ali Baş Komandan İlham Əliyevin döyüş tapşırıqlarını uğurla yerinə yetirıb, Vətən torpaqlarını erməni işğalından azad etmək idi.

44 gün döyüş meydanında misilsiz şücaət göstərən ordumuz işğalçı ordunu darmadağın etdi, düşmən diz çökdü, düz sərhədinədək qovuldu.

Hər qarışını canından əzız tutub Vətən uğrunda şəhid olan oğullarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq! Böyük zəfəri qazanmaq üçün öz sağlamlığını itirmiş qazilərimizlə fəxr edirik!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğma torpaqlarımızda yüksəltdiyi bayraq hər zaman məğrur dalğalanacaq!

 

Sevil MİKAYILOVA,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM