27 Avqust 2011 06:08
530
İDMAN
A- A+

DÇ-2014-ün SEÇMƏ MƏRHƏLƏSİNDƏ KİMLƏRLƏ QARŞILAŞACAĞIQ

 

İsrail Futbol Federasiyası və yığması 1948-ci ildən BMT-nin qərarı ilə İsrail dövləti yaradılandan sonra fəaliyyətə başlamışdır. Dünya çempionatının seçmə mərhələsində milli komandamızla eyni qrupa düşən İsrail yığması indiyədək üç konfederasiyanın tərkibində çıxış etmişdir. Əvvəllər Asiya və Okeaniya futbol konfederasiyalarında yer alan İsrail yığması 1994-cü ildən UEFA-nın üzvüdür.

İsrail yığması ilk oyununu 1948-ci il sentyabr ayının 26-da ABŞ komandasına qarşı keçirmiş və 3:1 hesabı ilə qalib gəlmişdir.

Bu komanda ilk dəfə 1964-cü ildə Asiya çempionatına qatılmışdır. Dörd il sonra Yay Olimpiya Oyunlarında iştirak etmişdir. 1970-ci ildə dünya çempionatının final mərhələsinə vəsiqə qazananda İsrail yığması Okeaniya zonasında çıxış edirdi. İsrail futbolçuları 1976-cı ildə ikinci dəfə Olimpiya oyunlarına vəsiqə qazanmış və 1/4 finala qədər irəliləyə bilmişlər. Dünya çempionatının final mərhələsinə isə indiyədək bir dəfə - 1970-ci ildə vəsiqə qazanmışlar. Həmin vaxt qrup mərhələsində Uruqvaya uduzmuş, İsveç və İtaliya ilə heç-heçə oynayaraq qrupda sonuncu yeri tutmuşlar.

1956-cı ildə keçirilən Asiya çempionatında isə ikinci nəticə göstərmişlər.

İsrail yığması son dəfə Asiya çempionatında 1968-ci ildə çıxış etmiş və üçüncü yeri tutmuşdur.

İsraillilər 1996-cı, 2000-ci, 2004-cü və 2008-ci illərdə keçirilən Avropa çempionatının final mərhələsinə də çıxa bilməmişlər.

Avro-2012-nin final mərhələsinə çıxmaq üçün isə şansları var. Bu şərtlə ki, qalan oyunlarda maksimum nəticə göstərib Yunanıstan və Xorvatiya komandalarından birini geridə qoysunlar.

Komanda Avro-2012-nin seçmə mərhələsində dörd  qələbə qazanıb, bir heç-heçə edib və iki dəfə məğlub olub.

Ölkəmizin milli komandası  İsrail yığması ilə indiyədək üç dəfə  qarşılaşmışdır. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən hər iki oyunda komandamız 0:2 hesabı ilə məğlub olmuşdur. 2004-cü ildə İsraildə keçirilən yoldaşlıq matçında da futbolçularımız meydançanı məğlub tərk etmişlər.

İsrail yığmasını hazırda  51 yaşlı fransalı mütəxəssis Luis Fernandes çalışdırır.

İsrail yığması ev oyunlarını Təl-Əvivdəki "Ramat Qan" stadionunda keçirir və hazırda FİFA-nın reytinq cədvəlində 32-ci pillədədir.                                Ən məşhur oyunçusu Yossi Benayoundur. O, İngiltərənin "Çelsi" klubunun şərəfini qoruyur. Bir neçə futbolçu isə  İspaniyanın "Malyorka", İngiltərənin "Portsmut", Rusiyanın "Rubin", Almaniyanın "Nürnberq", Belçikanın "Brügge", İtaliyanın "Palermo", Polşanın "Visla", Fransanın "Oser", Şotlandiyanın "Seltik" və digər klublarında çıxış edirlər.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video