06 Sentyabr 2011 02:09
566
İDMAN
A- A+

DÇ-2014-ün SEÇMƏ MƏRHƏLƏSİNDƏ KİMLƏRLƏ QARŞILAŞACAĞIQ

 

Lüksemburq millisi

 

Lüksemburq yığması bir qayda olaraq Avropa futbolunun autsayderlərindən biri sayılır. 1934-cü ildən başlayaraq komandanın dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq cəhdləri uğursuzluqla nəticələnir. Millinin müəyyən çiçəklənmə dövrü ötən əsrin 60-cı illərinin ilk yarısına təsadüf edir. O vaxt Belçika və Fransa çempionatlarında çıxış edən Luis Pilo, Adi Şmit və Kamill Dimmerin sayəsində komanda sensasion şəkildə Portuqaliya yığmasını 4:2 hesabı ilə məğlubiyyətə uğratmışdı.

Xatırladaq ki, 1962-ci il dünya çempionatının seçmə qrupunda keçirilmiş bu oyunda Portuqaliya yığmasının ulduzu Eysebio komandanın heyətində ilk dəfə meydançaya çıxmışdı.

1964-cü il Avropa çempionatının səkkizdəbir final görüşündə lüksemburqlular iki oyunun nəticəsinə görə Hollandiya yığmasını üstələmiş, lakin dörddəbir final oyununda Danimarka komandasına məğlub olmuşdular.

Uğursuzluqlara baxmayaraq, Lüksemburq millisi 1924-1952-ci illərdə Olimpiya oyunlarında iştirak etmişdir. 1952-ci ildə lüksemburqlular Böyük Britaniya millisi üzərində 5:3 hesabı ilə sensasion qələbə qazanmışlar.

Lüksemburq millisi ən böyük hesablı məğlubiyyəti 1960-cı və 1982-ci illərdə İngiltərə yığmasından  almışdır. Hər iki görüşdə lüksemburqlular qapılarından 9 cavabsız top buraxmışlar.

Azərbaycan yığması indiyə kimi Lüksemburq millisi ilə heç bir beynəlxalq miqyaslı yarışlarda qarşılaşmamışdır.

Lüksemburq FİFA-nın reytinq cədvəlində 128-ci yerdə qərarlaşmışdır.

Komandanı 2010-cu ildən yerli mütəxəssis Luk Holtz çalışdırır.

Lüksemburq millisinin ən məhsuldar futbolçusu 16 qolla İs Lyon Mart sayılır. Çox maraqlıdır ki, bu futbolçu 1933-1945-ci illərdə bu uğura imza atmışdır. Hələ də o vaxtdan bəri bu nailiyyəti təkrarlayan bir oyunçu yoxdur.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video