09:55 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dayanıqlı elektrik enerjisi, rahat yol və içməli su ilə təminat
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:22 24.02.2019


Ölkəmizdə bu istiqamətlər üzrə görülən işlərə beynəlxalq təşkilatlar da yüksək qiymət verir


Bu gün Azərbaycan nəinki regionda, hətta dünyada mükəmməl infrastruktura malik ölkə hesab olunur. Son dövr bu sahədə çox işlər görülüb və həmin işlər sayəsində əhəmiyyətli layihələrin reallaşdırılması ilə yanaşı, ölkədaxili infrastruktur da təkmilləşdirilərək yüksək səviyyəyə çatdırılıb. Beynəlxalq təşkilatlar da öz hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirirlər.

Prezident İlham Əliyev bu barədə demişdir: "Müasir infrastrukturun yaradılması bizim hökumətin əsas məqsədlərindən biridir. Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsas infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük. Biz yolların, magistralların, hava limanlarının tikintisi, qazlaşdırılmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastruktura sərmayə yatırırıq. Biz həmçinin nəqliyyat infrastrukturuna də sərmayə yatırmışıq. Bu da bizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək”. Dövlət başçısı çıxışlarında onu da qeyd etmişdir ki, bu sahələrə vəsait büdcə tərəfindən qoyulsa da, xarici sahibkarlar da bu layihələrdə investor kimi iştirak edə bilirlər.

Başqa sahələrlə yanaşı, Azərbaycanda elektrik enerjisinin gücünün artırılması, dayanıqlığının təmin olunaraq ölkəmizin hər bir guşəsinə çatdırılması üçün mükəmməl infrastruktur yaradılıb. Bunun nəticəsidir ki, bu gün biz özümüzü elektrik enerjisi ilə tam təmin etməklə bərabər, böyük həcmdə ixrac edirik. Təkcə ötən il enerji ixracından 10 milyon dollar vəsait əldə edilib.

Bu il "Şimal-2” yeni böyük elektrik stansiyasının istismara verilməsi proqnozlaşdırılır. Həmin stansiyada 400 meqavat enerji istehsal olunacaq. Bununla kifayətlənməyərək yeni elektrik stansiyalarının yaradılması istiqamətində də işlər davam etdirilir. Məqsəd sənayenin inkişafı və əhalinin artması ilə bağlı yaranan tələbatı tam ödəmək və ixracı artırmaqdır.

Ölkəmizdə infrastrukturun inkişafı bütün sahələri əhatə edir. Təkcə keçən il 2 min kilometr avtomobil yolu salınıb. Ümumiyyətlə, 2004-cü ildən bəri 15 min kilometr avtomobil yolu çəkilib. Ötən il həmçinin 920 kəndin də yol infrastrukturu yaxşılaşıb. Həmin kəndlərdə 2,2 milyon insan yaşayır. Deməli, yolların çəkilməsi ilə təkcə bu sayda insanın gediş-gəlişini yaxşılaşdırmayıb, eyni zamanda, onların yetişdirdiyi məhsulların bazarlara çıxarılmasını asanlaşdırılıb.

İndiyədək 38 şəhərin su ilə təminatı da tam həllini tapıb, 12 şəhərdə isə bu istiqamətdə işlər davam edir. Bununla yanaşı, bölgələrdə artezian quyuları qazılaraq əhali həm içməli, həm də suvarma suyu ilə təmin olunub.

Bütün bu və digər işlərin nəticəsidir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan dünyada infrastruktur layihələrinin mükəmməlliyinə görə 34-cü yerdə qərarlaşıb. Bu, böyük nailiyyət kimi ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinə beynəlxalq təşkilat tərəfindən verilən yüksək qiymətdir.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM