17 Sentyabr 2021 14:36
1022
CƏMİYYƏT
A- A+

Daxili İşlər Nazirliyi avtomobil nəqliyyatında sərnişindaşımaya nəzarəti gücləndirib

 

Pandemiya dövründə vətəndaşların sağlamlığı naminə avtomobil nəqliyyatında sərnişindaşımaya nəzarət tədbirləri gücləndirilib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

E.Hacıyev bildirib ki, koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə həftə sonları – şənbə və bazar günləri şəhərlərarası-rayonlararası və şəhərdaxili-rayondaxili sərnişindaşıma fəaliyyətinə qadağaların qoyulmasına baxmayaraq, bu qaydalara bəzi şəxslər tərəfindən əməl edilmir.

Kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası qanunsuz sərnişindaşımaların həyata keçirilməsi halları müşahidə olunur.

Müşahidə olunan neqativ hallarla bağlı həftə sonları kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası–rayonlararası sərnişindaşımaların qarşısının alınması üçün şəhər və rayon ərazisində yerləşən avtovağzallarda, avtostansiyalarda, habelə kənd və qəsəbələrin giriş-çıxış yerlərində nəzarət-profilaktik tədbirlər çərçivəsində reydlər keçirilə bilər.

“Bunu nəzərə alaraq, diqqətə çatdırıram ki, “Fərqlənmə nişanı”, “Taksi” tanınma nişanları, taksometr və digər məlumat göstəriciləri olmadan, eləcə də pandemiya ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş tibbi tələblərə (fərdi qoruyucu vasitələrdən istifadə edilməsi, sosial məsafənin qorunması məqsədilə sürücü ilə sərnişinin təmasına maneə olan şəffaf arakəsmələrin quraşdırılması və sairə) riayət edilmədən sərnişin daşımalarının həyata keçirilməsinin qarşısı alınacaq.

Hərəkət iştirakçılarını müəyyən olunan qayda və tələblərə əməl etməyə, koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə intizam nümayiş etdirməyə çağırıram. Bu tələb, hər birimizin sağlamlığı ilə əlaqəlidir. Qeyd olunan tələbləri pozan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunacaq”, - deyə E.Hacıyev bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video