09:13 27 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 26.09.2021

Qüdrətin nümayişi


00:48 26.09.2021

27 sentyabr saat 06:00...


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Danimarkalı turistlər bu il Azərbaycana ikiqat maraq göstərirlər
ANA SƏHİFƏ / TURIZM
17:53 12.12.2019

Danimarkanın "Ekstra Bladet” nəşrinin yazdığına görə, otel və səyahətlərin axtarışı üzrə "Momondo” şirkətinin təhlilində danimarkalıların 2019-cu ildə hansı turizm istiqamətlərinə üstünlük verdikləri məlum olub.

AZƏRTAC xəbər verir ki, Krallığın təbəələri üçün bu il də ən populyar turizm istiqaməti London olub. Onun ardından Malaqa və Banqkok gəlirlər. Lakin ənənəvi favoritlərlə yanaşı, danimarkalıların arasında getdikcə populyar olan yeni istiqamətlər də meydana çıxıb. "Momondo”nun təhlilinə görə, Azərbaycan baxış sayı ən çox artan istiqamətlər arasında rekordçudur. Bu il ölkəmizə səyahət üzrə tələbat ötən illə müqayisədə 54 faiz çox olub. Populyarlığın artması göstəricisinə görə Azərbaycandan sonra ikinci yeri Gürcüstan tutur. Danimarkalılar qonşu ölkə ilə də ötən illə müqayisədə iki dəfə çox maraqlanıblar.

"Momondo” şirkətinin nümayəndəsi Danimarka nəşrinə müsahibəsində qeyd edib: "Biz aydın şəkildə görürük ki, Mərkəzi Asiya ölkələri danimarkalıların daha çox diqqətini çəkir. Həm Azərbaycan, həm də Gürcüstan İpək yolunun üzərində yerləşir, ona görə də bu ölkələrin mədəniyyəti və memarlığı Avropa və Asiya arasında olan karvan yolları vasitəsilə zənginləşib. Eyni zamanda, yay aylarında havanın hərarəti 30 dərəcədən bir az aşağı olur və hər iki ölkədə çimmək və günəş vannası qəbul etmək üçün çox gözəl şəraitin olduğu sahilboyu ərazilər var”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM