03 Iyul 2021 18:16
969
İDMAN
A- A+

Danimarkalı azarkeş: Bakı Olimpiya Stadionu Avropanın ən gözəl arenalarından biridir  

Azərbaycana ilk dəfə 2019-cu ilin mayında UEFA Avropa Liqasının Bakıda keçirilən final oyununu izləmək üçün gəlmişdim. Həmin vaxt Bakıdan xoş təəssüratlarla ayrıldım və bu gözəl şəhərə bir daha gəlməyi düşünürdüm. Tale elə gətirdi ki, Bakıya bu dəfə ölkəmin futbol komandasının oyununu izləmək üçün gəldim. Yenidən Bakıda olduğum üçün çox xoşbəxtəm.

Bu sözləri “Avro-2020”nin dörddəbir final mərhələsində Bakıda Çexiya millisi ilə qarşılaşacaq Danimarka yığma komandasının azarkeşi Tays Lasn AZƏRTAC-a müsahibəsində deyib.

Oyunun gərgin idman mübarizəsi şəraitində keçəcəyini bildirən danimarkalı azarkeş deyib: “Komandamız “Avro-2020” çərçivəsində maraqlı və baxımlı oyun nümayiş etdirir. Çexiya millisi güclü rəqibdir. Ancaq inanıram ki, Danimarka seçməsi qələbə qazanacaq”.

Bakı Olimpiya Stadionunun möhtəşəmliyindən danışan T.Lasn deyib: “UEFA Avropa Liqasının final oyunu - “Çelsi”-“Arsenal” matçı zamanı arenada ab-hava yüksək səviyyədə idi. Etiraf edim ki, Bakı Olimpiya Stadionu Avropanın ən gözəl arenalarından biridir. Sevindirici haldır ki, bu dəfə arenada milli komandama azarkeşlik edəcəyəm”.

Qeyd edək ki, “Avro-2020”nin dörddəbir final mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya-Danimarka oyunu saat 20:00-da start götürəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video