01 Iyul 2021 16:06
1409
İDMAN
A- A+

Danimarkada 800-dən çox azarkeş bu ölkənin futbol üzrə yığma komandasının Bakıda keçiriləcək oyununa bilet alıb  

Danimarkada 800-dən çox azarkeş bu ölkənin futbol üzrə yığma komandasının Bakıda keçiriləcək oyununa bilet alıb.

AZƏRTAC sport.tv2 telekanalına istinadla xəbər verir ki, iyulun 3-də Bakıda Avro-2020 çempionatının 1/8 finalı çərçivəsində Danimarkanın futbol üzrə yığma komandası ilə Çexiya Respublikasının yığması arasında matç keçirəcək. Koronavirusla bağlı müxtəlif məhdudiyyətlərə baxmayaraq həmin gün ən azı 800 azarkeş Danimarka yığmasını dəstəkləmək üçün Bakıya gələcək.

Danimarka fanatlar ittifaqının əlaqələndiricisi Anders Xaqen jurnalistlərə müsahibəsində deyib: “Bizim azarkeşlər və turist şirkətləri bu oyuna çox böyük maraq göstərirlər. Qarşıdakı oyunu 2019-cu ildə Azərbaycanla qonşu Gürcüstanda Danimarka yığmasının oyunu ilə müqayisə etmək olar”.

Xaqenin sözlərinə görə, onların ittifaqı həmin matçda azı 800 azarkeşin olacağını gözləyir. O deyib: “Biz bunu əsas götürürük ki, neçə Danimarka vətəndaşı həmin matçın keçiriləcəyi yerə çarter reyslərinə aviabilet alıblar. Lakin şənbə günü Bakı Olimpiya stadionunda əyləşəcək danimarkalı azarkeşlərin real sayı daha çox ola bilər”.

Qeyd edək ki, UEFA danimarkalı azarkeşlərə yalnız 2500 bilet satılacağını elan edib. Adətən 70 min insanın yerləşdiyi Bakı Olimpiya stadionuna bu dəfə 33 min adam buraxılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video