13:49 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dairə Seçki Komissiyasının katibliyi haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
02:02 25.02.2012

Qərar № 1/3

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 1803 nömrəli sərəncamına əsasən Mərkəzi Seçki Komissiyasının nəzdində olan İnformasiya Mərkəzi Komissiya Katibliyinin tərkibinə daxil edilmişdir.

Sərəncamın icrası məqsədi ilə Mərkəzi Seçki Komissiyası 23 dekabr 2011-ci il tarixli 17/54 saylı qərarla Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturunu və ştat vahidlərini yenidən təsdiq etmişdir.

Bununla əlaqədar olaraq Dairə Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamənin 10.2-ci bəndində olan mötərizədəki sözlər yeni redaksiyada verilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 34.2-ci maddələrini rəhbər tutaraq qərara alır:

1. Dairə Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamənin 10.2-ci bəndində olan mötərizədəki sözlər aşağıdakı redaksiyada verilsin:

"dairə seçki komissiyası sədrinin və ya Mərkəzi Seçki Komissiyası Katibliyinin təklifləri də nəzərə alına bilər".

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr       Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

24.02.2012



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM