15:10 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlamışdır
ANA SƏHİFƏ / MSK
01:02 07.02.2012

 

Azərbaycanda dairə seçki komissiyaları (DSK) seçici siyahılarını dəqiqləşdirməyə başlamışlar.

Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu prosesə yanvarın əvvəllərindən məntəqə seçki komissiyalarında başlanmışdı. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq məntəqə seçki komissiyaları fevralın 5-dək sözügedən prosesi yekunlaşdıraraq dəqiqləşdirilmiş siyahıları müvafiq dairə seçki komissiyalarına təqdim etmişlər. Artıq DSK-lar seçki dairələri hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsi işinə başlamışlar.

Seçki qanunvericiliyinə əsasən, seçki dairələri üzrə dəqiqləşdirilmiş ilkin seçici siyahıları ən gec aprelin 5-dək MSK-ya təqdim ediləcəkdir. MSK həmin vaxtdan siyahıları yoxlayacaq, uyğunsuzluq aşkar edildikdə onların dürüstləşdirilməsi üçün lazımi addımlar atacaqdır. Sonra isə siyahılar təsdiq edilmək üçün aşağı seçki komissiyalarına təqdim olunacaqdır. Bu proses mayın sonunadək yekunlaşacaqdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM