04 Sentyabr 2021 00:30
1087
CƏMİYYƏT
A- A+

Daha iki rayonda sağlamlıq imkanları məhdud uşaqların səyyar sosial reabilitasiyasına başlanılıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Bakının daha iki rayonunda - Nərimanov və Binəqədi rayonlarında sağlamlıq imkanları məhdud 6 yaşadək uşaqların səyyar formada sosial reabilitasiyası tədbirlərinə başlayıb.

AZƏRTAC xəbər verir ki, agentliyin psixoloq, pedaqoq, sosial işçi və loqopedlərdən ibarət mütəxəssislər qrupu həmin uşaqların yaşadıqları evlərə gedərək onları kompleks (sistemli) şəkildə sosial-psixoloji və sosial-pedaqoji reabilitasiya xidmətləri ilə təmin edir.

Binəqədi rayonunda 3 yaşlı Məryəmə də həmin xidmətlər göstəriləcək. Sentyabrın 3-də Sosial Xidmətlər Agentliyinin əməkdaşları onun yaşadığı ünvanda olaraq uşağın sağlamlıq vəziyyətini qiymətləndiriblər. Uşağın anası Mətanət Babazadə deyib:

- 2018-ci ilin martında Məryəm dünyaya gələndə həkimlər onun Daun sindromu ilə doğulduğunu dedilər. Əlbəttə, bu xəbər ilk vaxtlar mənə pis təsir etsə də,  sonradan bunun heç də qorxulu sindrom olmadığını öyrəndim. İndi Məryəmin 3 yaşı var, bu yaxınlarda  Sosial Xidmətlər Agentliyinə müraciət etmişik. Gələn həftədən xidmətin əməkdaşları onunla məşğələlərə başlayacaqlar. 

Sosial Xidmətlər Agentliyinin nümayəndəsi məlumat verib ki, həftədə 5 gün olmaqla hər dəfə 30-40 dəqiqə ərzində uşaqlar üçün reabilitasiya seansları aparılacaq.

Sağlamlıq imkanları məhdud uşaqlarda davranış pozuntuları, əhvalın qeyri-sabitliyi, hiperaktivlik, adaptasiya və həmyaşıdlarla ünsiyyət problemi və s. kimi halların reabilitasiyası aparılır. Bu məqsədlə müxtəlif proqram və terapiyalardan, pedaqoji texnika və pediatrik reabilitasiya üsullarından istifadə olunur. Psixoloji konsultasiyalar, həftədə beş dəfə reabilitasiya seansları, valideynlər üçün maarifləndirici təlim və seminarlar keçirilir.

Xidmətdən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinə və agentliyin Nərimanov və Binəqədi rayonları üzrə filiallarına müraciət edə bilərlər.  

Qeyd edək ki, bundan əvvəl bu ilin iyun ayında pilot olaraq paytaxtın Səbail və Yasamal rayonlarında bu tədbirlərə başlanılıb və bütün ölkə üzrə bu işlərin genişləndirilməsi nəzərdə tutulub.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video