08 Yanvar 2012 01:01
360
İQTİSADİYYAT
A- A+

Daha çox əmlak ilkin qeydiyyatdan keçib

 

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatında yüksək artım qeydə alınıb. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, 2011-ci ilin oktyabr ayında ölkədə 12 580 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb ki, bu da 2010-cu ilin eyni dövrünə nisbətən 40,8 faiz çoxdur.

Həmin ay aparılan qeydiyyatın 4 380-i ilkin, 8 200-ü təkrar qeydiyyata aiddir. İlkin qeydiyyat 64, təkrar qeydiyyat isə 30,9 faiz artıb.

Sözügedən dövrdə mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan böyük hissəsini - 38 faizini və ya 4 806-nı torpaq sahəsi təşkil edib. Qeydiyyata alınan əmlakın 4 294-ü mənzil, 2 830-u fərdi yaşayış və bağ evi, 264-ü qeyri-yaşayış binası, 267-si qeyri-yaşayış sahəsi, 75-i əmlak kompleksi, 74-ü çoxillik əkin sahəsi olub. Oktyabrda həmçinin 2 çoxmərtəbəli yaşayış binası qeydə alınıb.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video