07 Sentyabr 2021 00:33
846
CƏMİYYƏT
A- A+

Daha bir şəhid adına bulaq açılıb

 

Lənkəran şəhərində şəhid baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun adına bulağın açılışı olub.

Yüksək ixtisaslı hərbçi olmaq arzusu ilə  əvvəlcə Naxçıvanski adına hərbi liseyi, sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyanı bitirən H.Abdullazadə Milli Ordu sıralarında ləyaqətlə xidmət edərək taqım komandiri, bölük komandiri və tabor qərargahının rəisi vəzifələrinə qədər yüksəlib.

Qəlbi vətən məhəbbəti ilə döyünən zabit Vətən müharibəsi günlərində Kəlbəcər, Murov və Ağdərə istiqamətində gedən döyüşlərdə misilsiz qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalıb. Bakıda II Fəxri xiyabanda dəfn edilən şəhid zabit Prezidentin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunması uğrunda” medalları və “Rəşadət” ordeni ilə təltif olunub.

Açılış mərasimində Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Rüfət Quliyev, Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik-leytenant Rüfət Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər 44 günlük Vətən müharibəsində silahlı qüvvələrimizin əsgər və zabitlərinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz şücaət göstərdiklərini söyləyiblər. Qeyd olunub ki, şəhid və qazilərin Vətən qarşısında xidmətləri dövlət və xalqımız tərəfindən yüksək dəyərləndirilir, o cümlədən lənkəranlılar torpaqlarımızın azad olunmasında övladlarının, qardaşlarının, atalarının, doğmalarının göstərdikləri əvəzsiz xidmətləri ilə qürur duyurlar.

 

S.CAVADOV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video