13 Oktyabr 2014 09:10
416
Elm və texnika
A- A+

“Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” monoqrafiyası fərdi üslubu və multidissiplinar yanaşmalarla fərqlənir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” (rus dilində) monoqrafiyasının müzakirəsi keçirilib.

Fəlsəfə və Hüquq İnstitutundan AzərTAc-a bildiriblər ki, institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə monoqrafiya haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, multidissiplinar yanaşmaların yer aldığı monoqrafiyada Dağlıq Qarabağ regionunun tarixi, Ermənistan-Qarabağ münaqişəsi antik dövrdən bu günədək baş verən real hadisələr və faktlar fonunda təhlil edilib. Rus dilində çap olunmuş kitabın beynəlxalq aləmdə yayılması ilə yanaşı, Azərbaycan dilinə tərcümə edilib gənc nəslə çatdırılmasına da ehtiyac var.
Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə 25 fəsildən ibarət kitabı “danışan” rəsmi sənədlər toplusu kimi qiymətləndirib. Alim kitabda Dağlıq Qarabağ münaqişəsinin siyasi, tarixi və hüquqi aspektlərdə araşdırıldığını və onun rus dilində çap olunmasının rusdilli xalqların, dünya elmi ictimaiyyətinin Azərbaycan həqiqətləri barədə dolğun informasiya almasında mühüm rol oynayacağını qeyd edib.
Sosiologiya və sosial fəlsəfə şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimova monoqrafiyanın etnoloji, kulturoloji və tarixi məziyyətlərindən danışaraq, əsəri alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirməsi kimi dəyərləndirib.
Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru İsaxan Vəliyev monoqrafiyanın fərqli üslubda yazıldığını, xüsusilə “Problem və hüquq” bölməsində yer alan məlumatların hüquqşünaslar üçün faydalı olacağını vurğulayıb. Alim min nüsxə tirajla çap olunan kitabda milli təhlükəsizlik məsələsi kimi aktual problemin qaldırıldığını da diqqətə çatdırıb.
Çıxış edən digər alimlər də monoqrafiya barədə fikirlərini bölüşüb, onu fəlsəfə və tarix elminə dəyərli töhfə kimi səciyyələndiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video