Dağların qıy vuran qartalları
Onlar düşməni “dumanda-çəndə” azdırıb qələbə qazandılar
Bakıda doğulsa da, əslən göyçəli hesab edirdi özünü. Çünki ata-anasının ulu məskəni Göyçə mahalının Daşkənd obası idi. Ona görə də Göyçə həsrəti ilə boy atırdı…
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri kimi adını tarixə əbədi həkk etdirən baş leytenant Hümbətov Azad Arif oğlu 24 yanvar 1996-cı ildə anadan olmuşdu. 291 nömrəli ekologiya liseyini bitirdikdən sonra, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olmuşdu. 2017-ci ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirmişdi. Təyinatla həmin ildən Füzuli rayonunun Horadiz şəhərindəki “N” saylı hərbi hissədə xidmətə başlamışdı.
O, 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi münasibətilə keçirilən hərbi paradda ön sırada bayraqdar vəzifəsini daşıyıb və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
Peşəkarlığını artırmaq üçün Bakıda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 45 gün müddətində zabit heyətini təkmilləşdirmə kursunu keçərək baş leytenant rütbəsi alan, ötən il Vətən müharibəsi başlayandan ön cəbhədə olan Azad Hümbətov Füzuli, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib.Tank taqımı komandiri olan Azad Hümbətov həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirib və dəfələrlə döyüş yoldaşlarını mühasirədən yaralı halda çıxarıb.
Müharibənin yeni başladığı günlərdə komandirlik etdiyi tankı ilə minaya düşərək ayağından yaralanıb. Tankı idarə edən mexanikin daha ağır xəsarətlər aldığını gördükdə onu yaralı halda 25 km meşə ərazisində belində apararaq, iki gündən sonra öz döyüş mövqelərinə gətirib çıxarıb. Bundan sonra Azadı müalicə üçün Beyləqana, hospitala göndəriblər. Tank komandiri müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına atılıb...
Adını tarixə əbədi yazdıran Azad Hümbətov 27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. İkinci Fəxri xiyabanda dəfn edilib. Baş leytenant Azad Arif oğlu Hümbətov şəhid olandan sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə 15 dekabr 2020-ci ildə baş leytenant, cəsur döyüşçü “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif edilib.
Azad Hümbətov Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirib. Buna görə də 25 dekabr 2020-ci ildə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Maraqlıdır ki, vaxtilə orta məktəb şagirdi kimi Şəhidlər xiyabanını ziyarət edərkən kiçik yaşlı Azad əlindəki qərənfilləri məzarların üstünə qoyanda sinif müəlliməsinə deyib: “...onlar yatıblar, ölməyiblər”...
Samir MUSTAFAYEV,
“Aşıq Şəmşir Mədəniyyət Ocağı”
İctimai Birliyinin üzvü
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Azərişıq" ASC Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində 35 kV-luq xəttin çəkilişini ye...
31 May
Hökumə Billuri (Həkimə İbrahim qızı Billuri) "Xalq Əmanəti" layihəsinin 23-cü nəşrində
31 May
Azercell abunəçilərinin nəzərinə
31 May
Azərbaycan Respublikası 1970-ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib
30 May
Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
30 May
İyunun 3-ü gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək
30 May
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Mədəniyyət Nazirliyində olub...
30 May
Azərbaycan ilə Rusiya arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib...
30 May
Avropa İttifaqı Şurasının nümayəndə heyəti Milli Məclisdə olub
30 May
Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihdən
30 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!