13:12 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Cozef Bayden NATO sammitində Rəcəb Tayyib Ərdoğanla S-400 məsələsini müzakirə edəcək
ANA SƏHİFƏ / DÜNYA
13:17 14.06.2021

 

ABŞ lideri Cozef Bayden NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu ölkədə yerləşdirilən S-400 zenit-raket komplekslərini müzakirə edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Cozef Baydenin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib. Prezident köməkçisinin sözlərinə görə, Cozef Bayden Türkiyə lideri ilə danışıqlarda Ankaranın Moskva və Pekinlə münasibətlərinə də toxunmaq niyyətindədir.

“Prezidentlər ikitərəfli münasibətlərdə yaranan məsələləri, Suriya, Liviya və Şərqi Aralıq dənizi də daxil olmaqla bir sıra vacib regional problemləri müzakirə edəcəklər. Onların böyük dövlətlər - Çin və Rusiya ilə bağlı problemlər barədə də məsləhətləşmə imkanları olacaq”, - deyə Ceyk Sallivan bildirib.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib. Əks halda Vaşinqton F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını bildirib.

Rusiyanın hava hücumundan ən yeni müdafiə sistemi olan S-400 zenit-raket kompleksləri 2019-cu il iyulun ortalarından Türkiyəyə çatdırılmağa başlanılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM