18 Noyabr 2011 03:11
374
Mədəniyyət
A- A+

CNN telekanalının hazırladığı proqramının üçüncü verilişində Azərbaycanın «Eurovision-2011»də tarixi qələbəsindən, eləcə də ölkəmizin gələn il ev sahibliyi edəcəyi bu beynəlxalq mahnı müsabiqəsinə hazırlıq işlərindən bəhs olunmuşdur

 

Dünyanın 200-dən çox dövlətində izlənilən CNN telekanalının respublikamız haqqında hazırladığı "Eye on Azerbaijan" ("Azərbaycana nəzər") adlı beşgünlük proqramının üçüncü verilişində Azərbaycanın "Eurovision-2011"də tarixi qələbəsindən, eləcə də ölkəmizin gələn il ev sahibliyi edəcəyi bu beynəlxalq mahnı müsabiqəsinə hazırlıq işlərindən bəhs olunmuşdur.

AzərTAc xəbər verir ki, CNN kanalının tanınmış jurnalisti Cim Klensinin təqdimatı ilə noyabrın 16-da yayımlanan üçüncü verilişdə əvvəlcə bu ilin mayında Azərbaycanın istedadlı gənc təmsilçiləri Eldar Qasımovun və Nigar Camalın "Running Scared" mahnısı ilə "Eurovision-2011" beynəlxalq müsabiqəsindəki tarixi qələbəsindən söhbət açılır. E.Qasımov ilə həmsöhbət olan C.Klensi müsabiqədə qazandıqları möhtəşəm qələbə ilə bağlı müğənninin təəssüratlarını bölüşür. Gənc müğənni qələbə ilə əlaqədar özünü çox xoşbəxt hiss etdiyini vurğulamış və hər kəsi gələn il Azərbaycanın ev sahibliyi ilə keçiriləcək "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsini izləmək üçün Bakıya dəvət etmişdir.

Jurnalist paytaxt sakinlərinin Azərbaycanın bu möhtəşəm qələbəsini Bakı küçələrində böyük sevinclə qeyd etdiklərini bildirmişdir. C.Klensi 24 min tamaşaçının canlı, 125 milyon tamaşaçının isə televiziya vasitəsilə izlədiyi bu müsabiqədəki qalibiyyəti Azərbaycanın beynəlxalq aləmdə tanınması baxımından son illər ölkəmizin əldə etdiyi möhtəşəm uğurlardan biri kimi səciyyələndirmişdir.

Tanınmış jurnalist Azərbaycanın gələn il ev sahibliyi edəcəyi "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinə hazırlıqla bağlı ölkəmizdə ciddi işlərin aparıldığını qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycanın paytaxtında "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi və təxminən 25 min tamaşaçı tutumuna malik olacaq möhtəşəm "Baku Crystal Hall" kompleksi tikilir.

C.Klensi "Eurovision-2012" mahnı müsabiqəsində Azərbaycanın hansı mahnı ilə təmsil olunacağı ilə bağlı E.Qasımovun fikirlərini soruşmuşdur. Gənc müğənni bu mahnının Azərbaycanın zəngin ənənələrini tərənnüm edəcəyini demişdir. Daha sonra tanınmış jurnalist bildirmişdir ki, o, ilk dəfə Bakıya 1991-ci ilin sentyabrında gəlmişdir. Son 20 ildə Azərbaycan,  xüsusilə paytaxt Bakı inanılmaz dərəcədə dəyişmişdir.

Keçmişə nəzər salan C.Klensi kommunistlərin o zaman seçkiyə hazırlaşdığı bir məqamda xalqımızın Sovet İttifaqından ayrılaraq öz müstəqilliyini elan etdiyini, Moskvanın təzyiqlərinə baxmayaraq, qərarlarımızda qətiyyətlə irəli getdiyimizi vurğulamışdır. Telejurnalist o zaman baş verən hadisələri canlı olaraq müşahidə etmiş, 100-dən çox ölkədə olmuş, nüfuzlu "National Geographic"  "Tayms", "News Week" və digər nəşrlərin fotojurnalisti Rəza ilə 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələrdən danışmışdır. Fotojurnalist sovet ordusunun Bakıya girdiyini,  tankların insanların üzərindən keçdiyini və yüzlərlə vətəndaşın həlak olduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, Bakı Sovet İttifaqına qarşı etiraz nümayişlərinin keçirildiyi  ilk şəhərlərdəndir. Bu hadisələrdən sonra erməni qoşunları sovet ordusunun köməyi ilə Dağlıq Qarabağı işğal etməyə başlamış və 1992-ci ildə Xocalıda dəhşətli soyqırımı həyata keçirmişdir. Ermənilər havadarlarının köməyi ilə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faiz ərazisini işğal etmişlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

O vaxtdan keçən müddət ərzində Bakı çox dəyişmişdir. Verilişdə Azərbaycanın möhtəşəm landşaftı, milli mətbəximizin ləziz nümunələri və zəngin mədəniyyətimiz haqqında da məlumat verilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video