22 Aprel 2019 15:56
1578
CƏMİYYƏT
A- A+

Çiy su orqanizm üçün faydalıdır


İnsanların əksəriyyəti qaynanılmış suyun orqanizmə ziyanlı olduğunu düşünərək onu çiy halda içir. Su qaynadıqda tərkibindəki kalsium, maqnezium, karbonat və digər minerallar buxarlanır.

Həkim-fitoterapevt Esmira Zeynalova bu barədə deyib: "Su nə qədər çox qaynayırsa, bir o qədər ağırlaşır və nəticədə çətin mənimsənilir. Daim qaynadılmış su içənlərin dəri rəngi solğun, saçları cansız olur. Mütəxəssislərin fikrincə, çiy su içənlərin fiziki aktivliyi daha yüksəkdir. Görünür, bir dəfədən artıq qaynayan suyun "ölü su” adlandırılması heç də təsadüfi deyil. Su 60 dərəcə qaynayandan sonra onun tərkibində olan minerallar parçalanır və orqanizmdə fəsad yaradır. Gün ərzində hər kiloqram bədən çəkisi üçün 30 milliqram çiy su qəbul edilməlidir”.

Onun dediyinə görə, suyu qaynatmadan içmək orqanizm üçün daha faydalıdır. Qaynanmış su içməkdən çəkinənlər unutmamalıdırlar ki, təmizləmə prosesindən keçmiş suyun qəbulu orqanizmə müsbət təsir göstərir və müxtəlif filtrlər vasitəsilə həmin problemi aradan qaldırmaq olar.

Sağlam və yetkin kişilərdə bədən ağırlığının 60, qadınlarda isə 50 faizinin sudan ibarət olduğunu nəzərə alsaq, maye qəbulunun əhəmiyyətini daha aydın dərk etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video