13 Iyun 2021 00:26
1795
Səhiyyə
A- A+

Civəli balıqlar

 

Balıq istehlakının insan orqanizmi üçün nə qədər faydası olsa da, araşdırmalardan əldə edilən məlumatlara əsasən, tərkibində yüksək miqdarda civə olan balıqların təhlükəli olduğu, xüsusilə də hamilələr üçün arzuedilməz qida sayıldığı aydınlaşdırılıb.

Hamiləlik zamanı tərkibində yüksək miqdarda civə olan balıq yeyilərsə, o, dərhal orqanizm tərəfindən sümürülərək ana bətnində körpənin oksigen almasını təmin edən plasentaya keçir. Bu hal isə körpənin zəkasına, dil, motor bacarıqlarına, görmə qabiliyyətinə mənfi təsiri ilə özünü büruzə verir.

Civə təbiətdə olan metaldır və insan orqanizminə əsasən dəniz məhsulları, amalgam diş dolquları, peyvəndlər, kömürün ağır istifadəsi yolu ilə daxil olur və zamanla yığılmağa başlayır. Civə sinir sisteminə təsir göstərir. Bədəndəki civə miqdarı artdıqca yorğunluq, əsəbilik, ürək çarpması, fokuslanmamaq və aydın düşünə bilməmək kimi narahatlıqlar başlayır. Civə yığılması müəyyən bir səviyyədən yuxarı qalxdıqda civə zəhərlənməsi başlayır və daha ciddi sağlamlıq problemlərinə səbəb olur.

Bu baxımdan balıq seçərkən bir neçə detala diqqət yetirərək civə qəbulunu minimuma endirmək mümkündür. Əsasən kiçik dəniz balıqlarına üstünlük vermək lazımdır. Balıq nə qədər böyükdürsə, o qədər uzun yaşayır və orqanizmi daha çox civə yığır. Kiçik balıqlar çox civə toplaya bilmirlər, çünki ömürləri qısa olur.

Qılınc, ton və köpəkbalığı kimi böyük balıqlarda yüksək miqdarda civə var. Onları istehlak etməkdən çəkinin və ya ayda 2-3 dəfədən çox yeməyin.

Sardina, qızıl, uskumru, ağ balıq, alabalıq kimi balıqlar ən aşağı civə miqdarı olan balıqlardır. Onları mövsümdə ürək rahatlığı ilə istehlak edə bilərsiniz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video