02:10 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Çinlilər də hazır ev “çap” edən 3D printer-kombinat icad ediblər
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
03:05 05.05.2014

Şanxaydakı  kompaniyalardan birinin yaydığı xəbərə görə,  yaratdıqları  yeni 3D printer vasitəsilə ucuz və tez başa gələn sadə ev modelləri “çap” etmək olur. İddiaya əsasən, bu üsulla sutka ərzində hər birinin sahəsi 200 kvadratmetr olan 10 beton ev  qurmaq mümkündür.

İstifadə olunan 3D istehsal printeri “WinSun Decoration Design Engineering Co” şirkətinin məhsuludur. Ev kombinatı funksiyasını yerinə yetirən bu 3D printerinin uzunluğu 30, eni 11, hündürlüyü isə 7 metrdir.  Avadanlıq evi bütünlüklə monoblok halında “çap” edir.  İstehsal mexanizmi də sadədir: qurğu  evin layihəsini proqramlaşdırdıqdan sona  xüsusi  tutumlu qəliblərlə lay-lay betonlama işini görür, beləcə, divarlar, örtüklər formalaşır.

İstifadə olunan beton təkrar emala yararlı materiallardan düzəldilir.  Qurğunun istismarına və qulluğuna az işçi tələb olduğundan  məhsulun maya dəyəri də aşağıdır: Bir ev cəmi 4800 dollara ərsəyə gəlir.  Çində artıq bu evlərdən kiçik ofis məkanları kimi istifadə olunduğu söylənilir.

Qeyd edək ki, analoji metodla  ikimərtəbəli beton ev “çap”ı texnologiyasını  bir ABŞ şirkəti də mənimsəyib. Amerikalıların printeri bir qədər ləngdir və sutka ərzində cəmi bir ev “çap” edir. 

Xatırladaq ki, ev istehsal edən 3D printeri yaradılmasına  daha əvvəl  Amsterdamda başlanılıb. Ancaq hollandiyalıların printeri evi bütöv deyil, hissə-hissə bloklar halında “çap” edir və beton əvəzinə plastikdən istifadə olunur. Bu layihə üzrə işlər davam etməkdədir. Planlaşdırmaya əsasən, yaxın 3 il ərzində printer təkmilləşdirildikdən sonra 13 otaqdan ibarət bir neçə mərtəbəli ev “çap” edə biləcək.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM