27 Dekabr 2011 02:12
353
DÜNYA
A- A+

Çinli dissidentə 10 il həbs cəzası verildi

 

Çinli dissident Çen Si dövlət çevrilişinə çağırışlara görə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu barədə "Röyter" agentliyi xəbər verir.

Çen Sinin həyat yoldaşı Çjan Tsyunsyuanın dediyinə görə, o özünü təqsirli hesab etmir, lakin məhkəmənin qərarından şikayət vermək niyyəti yoxdur. Çünki proses zamanı müdafiə tərəfinin heç bir arqumenti dinlənilməmişdir.

57 yaşlı Çen Si hökumət əleyhinə 36 esse yazmaqda ittiham edilmişdir. Esselər internet vasitəsilə yayılmışdır. Çində dövlət çevrilişinə çağırışlar ağır cinayət hesab olunur. Məhkəmənin gəldiyi qərara əsasən, Çen Si dəfələrlə hakim rejimi devirmək üçün çağırışlar etdiyinə görə faktiki olaraq residivistdir.

Çen Si barəsində çıxarılmış hökm Çinin dissident hərəkatı tarixində ən sərt qərarlardandır. Antirekord ölkənin ən məşhur dissidenti Lyu Syaoboya məxsusdur. O, 11 il həbs cəzası almışdır. Ötən il Lyu Syaoboya Nobel sülh mükafatı verilmişdir.

Xatırladaq ki, dekabrın 23-də digər çinli müxalifətçi Çen Vey kommunist rejimini devirmək çağırışlarına görə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video