23:32 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Çin Mars planetinin yüksəkölçülü şəkillərini yayıb  
 
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
10:27 04.03.2021

 

Çinin Milli Kosmos Administrasiyası "Tianwen-1" zondunun çəkdiyi Mars planetinin 3 yüksəkölçülü şəkilini yayıb.

AZƏRTAC xəbər verir ki, "Tianwen-1" zondu Mars planetinin 2 panxromatik ağ-qara fotosunu planetin səthindən 330-350 kilometr yüksəklikdən çəkib. Çinin Marsın tədqiqi missiyasının nümayəndəsi Liu Toncie bildirib ki, həmin fotolarda Qırmızı planetin bəzi diqqətəlayiq coğrafi xüsusiyyətləri əks olunub.

"Şəkillərdə Marsın relyefindəki kiçik kraterlər, dağ silsilələri aydın görünür", - deyən çinli mütəxəssis əlavə edib ki, şəkillərdən birində diametri təxminən 620 metr olan krater əks olunub.

Marsın şimal bölgəsində çəkilən rəngli fotoda isə 5 min kilometr məsafədə böyük ərazi görünür.

Qeyd edək ki, Çinin ilk Mars missiyası olan "Tianwen-1" zondunun qırmızı planetə göndərilməsi ötən ilin iyulunda uğurla baş tutub. Marsın səthinin tərkibini, geoloji quruluşunu, meteoroloji mühitini tədqiq etmək üçün nəzərdə tutulan zond moduldan – orbital, enmə və gəzən aparatlardan ibarətdir. Zond müxtəlif araşdırmalar aparmaq üçün aparat 2 panorama kamerası, multispektral kamera, aşkarlayıcı radar, maqnetik detektor, meteoroloji ölçü alətləri ilə təchiz olunub. Zond hazırda yer səthindən 223 milyon kilometr məsafədədir. Zondun may və y aiyun ayında Marsın səthinə enməsi planlaşdırılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM