22:49 15 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
14:25 15.04.2021 Onlar bizə əmanət!
 

Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Çin alimləri həssas elektron dəri hazırlayıblar
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
20:33 24.09.2018

Çin Elmlər Akademiyasının alimləri insan dərisinə bənzər elektron dəri hazırlayıblar. Alimlərin fikrincə, gələcəyin robotları tərəfindən mürəkkəb, lakin dəqiq hərəkətlərin yerinə yetirilməsi üçün onları hissetmə qabiliyyəti ilə təchiz etmək lazımdır.

AZƏRTAC naked-science.ru saytına istinadla xəbər verir ki, yeni elektron dəri təzyiqdəki cüzi dəyişiklikləri qeydə almaq və bu informasiyanı impulslara çevirmək qabiliyyətinə malikdir. Alimlər elektron dəri ilə örtülmüş süni barmaq hazırlayıb və onu sınaqdan keçirmək üçün süni ələ bərkidiblər. Yeni elektron dərinin səthi üzrə qaçan qarışqalar tərəfindən ona edilən cüzi təzyiqə cavab olaraq impulsların generasiya etdiyi aşkarlanıb.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM