18 Yanvar 2021 17:36
617
DÜNYA
A- A+

Çin ABŞ rəsmilərinə sanksiyalar tətbiq etməyə başlayıb

 

Rəsmi Pekin Honkonq və Tayvan məsələsi ilə bağlı pis davranışlarına görə ABŞ administrasiyasının bəzi vəzifəli şəxslərinə qarşı cavab sanksiyaları tətbiq etməyi qərara alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Hua Çunyin yanvarın 18-də keçirdiyi mətbuat konfransında bildirib. Rəsmi Pekin bu addımı ABŞ-ın Honkonq məsələsində Çin məmurlarına qarşı yeni sanksiyalar tətbiq etməsi və Çinin daxili işlərinə açıq müdaxilə kimi qiymətləndirilən Tayvan regionu ilə fəaliyyətləri fonunda atıb.

Çin XİN-in nümayəndəsi bildirib ki, sanksiyalar Honkonq məsələsi ilə əlaqədar ABŞ administrasiyası rəsmiləri ilə yanaşı, Konqresin bəzi üzvlərini və qeyri-hökumət təşkilatlarının məsul işçilərini, onların ailə üzvləri də əhatə edir. Çin tərəfi sanksiyaların nədən ibarət olduğunu açıqlamayıb.

Hua Çunyin rəsmi Pekinin Birləşmiş Ştatların Çinin daxili işlərinə və məhkəmə suverenliyinə mənasız müdaxiləsini pislədiyini bəyan edib. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video